C.Fizikella yeni arxa antiqanadı yoxlayıb

Ferrari komandasının mətbuat xidməti reliz yayaraq bildirib ki, Vayrano avtodormunun düz yollarında Cankarlo Fizikella yeni arxa antiqanadın və onun effektliyini […]

Ferrari komandasının mətbuat xidməti reliz yayaraq bildirib ki, Vayrano avtodormunun düz yollarında Cankarlo Fizikella yeni arxa antiqanadın və onun effektliyini dəyişən hava kanalının yeni versiyasını yoxlayıb.

Relizdə deyilir: “Vayrano, 1 may. Bu gün İtaliya bir çox ölkələr kimi 1 may bayramını qeyd edir, amma bu hadisə Scuderia Ferrari Marlboro komandasının mövsümün beşinci yarışı İspaniya Qran Prisinə hazırlığına mane olmayıb.

Stendlərdə və aerodinamik boruda çoxsaylı yoxlamalardan sonra Cankarlo Fizikella Vayrano trasında yeni arxa antiqanadı yoxlayıb – mövsümün gedişində hər bir komanda dörd gün düz yollarda test keçirə bilər.

Arxa antiqanad Skuderiyanın ehtiyat sürücüsünün yoxladığı yeganə yenilik olmayıb – F10 yeni aerodinamik paket alıb ki, komanda Barselonada sərbəst yürüşlərdə bu paketlə debüt edəcək. İndi arxanı gsötərən güzgülər kokpitə bərkidilib, ümumiyyətlə, şassinin 284-cü versiyası test edilib – Felipe Massa İspaniya Qran Prisinə bu şassi ilə çıxacaq.

Mühəndislər toplanmış məlumatları təhlil edəcəklər, cümə sərbəst yürüşlərinin nəticələrindən asılı olaraq, komanda yeni elementlərdən sıralanma turunda və yarışda istifadə olunması barədə qərar qəbul edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*