US F1 ilk yarışları buraxacaq?

İtaliya mətbuatında şok xəbərlər peyda olub. Məlumata görə, US F1 komandasının nümayəndələri FİA-ya müraciət edərək debütü təxirə salmaq barədə xahiş […]

İtaliya mətbuatında şok xəbərlər peyda olub. Məlumata görə, US F1 komandasının nümayəndələri FİA-ya müraciət edərək debütü təxirə salmaq barədə xahiş ediblər. Amerikalılar Bəhreyn Qran Prisinə hazırlıqlarını qurtara bilməyəcəklər və çempionata ilk Avropa mərhələsindən – mayın əvvəllərində İspaniya Qran Prisindən başlasınlar…

Bu məlumatın səhihliyi məlum deyil, xüsusən də, US F1 komandasının direktoru Piter Uindzorun bu yaxınlarda hər şeyin qrafik üzrə getməsini bildirməsindən sonra nəsə söyləmək çətindir. Eyni zamanda keçən yay seçilmiş dörd debütant komandanın nümayəndələri artıq bir neçə dəfə bildiriblər ki, sərt seytnot şəraitində işləyirlər.

Əgər belə bir müraciət olubsa, federasiyanın reaksiyasını qabaqcadan söyləmək mümkün deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*