V.Bottas: “Bolidi sürmək çətinləşdi, amma…”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, ikinci sessiyada bolidi sürmək bir az çətinləşib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü cümə sərbəst yürüşlərində üçüncü yeri tutub.

Valtteri Bottas: “İkinci sessiyada etdiyimiz dəyişikliklərdən sonra bolidi sürmək çətinləşdi, amma sürətləndi. Yeni motorun daha güclü olması yaxşıdır. Güclü fərq olmasa da, fərqi hiss edə bilirsiniz. Bolid həm yarış, həm də sıralanma tempində güclüdür. Buna görə də sıralanma turundə gərgin mübarizə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*