F.Alonso adi işinə qayıdır

McLaren komandasının sürücüsü Fernando Alonso İndy500 yarışından sonra Kanada yarışına hazır olduğunu deyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü karyerasının ilk İndy500 yarışında xarüqələr yaratsa da, yarışın bitməsinə 21 dövrə qalmış Honda mühərriyinin partlamasına görə mübarizəni dayandırmalı olmuşdu.

Fernando Alonso: “Kanada idmana qayıtmaq üçün ən ideal yerdir. Deyəsən, son həftələrdə Şimali Amerikada çox vaxt keçirdim. İndy500 mənim üçün əla təcrübə oldu. Sürüş tərzi tamamilə fərqli idi. Hər şeydən əvvəl tras və bolidlər fərqli idi. Bunları öyrənmək gözəl oldu. Bu prosesdən sonra gündəlik işimə qayıdıb Formula1-də mübarizə aparmağa hazıram.

Jil Vilnöv trası düzlüklərdən boldur və sürət tələb edir. Bol döngəli Monako ilə müqayisədə bu tras bolidimiz üçün əlverişli deyil. Yenidən MCL32-nin sükanı arxasına keçmək üçün çox həyəcanlıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*