21 Avqust 2019, Çərşənbə - 13:35

S.Vandorn: “Gələn il qələbə qazana bilməyəcəyik”

S.Vandorn: “Gələn il qələbə qazana bilməyəcəyik”

Müəllif: Rauf Hacıyev, redaktor

23:33 - 23 Dekabr, 2016

McLaren komandasının yeni sürücüsü Stoffel Vandorn bildirib ki, 2017-ci ildə McLaren-in qələbə qazanmaq potensialı olmayacaq.

F-1.az xatırladır ki, Vandorn gələn ildən etibarən McLaren komandasında Fernando Alonsonun komanda yoldaşı olacaq. Belçikalı sürücü Formula1-dəki ən güclü gənc sürücülərdən biri sayılır. 24 yaşlı sürücü keçən il Super Formula seriyasında debüt etmiş və güclü performans göstərərək, qələbə qazanmışdı. Bundan başqa Vandorn Bəhreyn yarışında zədəli Alonsonu əvəz etmiş və Formula1 karyerasındakı ilk yarışda 10-cu yeri tutaraq, komandasına mövsümdəki ilk xalı qazandırmışdı.

Vandornu Ferstappen ilə müqayisə edirlər, amma belçikalı sürücü bu barədə belə danışıb: “Bu müqayisə normaldır, amma biz çox fərqli insanlarıq. Xarakterlərimiz çox fərqlidir. Çox adam aramızdakı mübarizəni səbirsizliklə gözləyir və ümid edirəm ki, bu mübarizə qələbə uğrunda olar”.

Jurnalistlər Vandorna “2017-ci ildə qələbə qazana biləcəksinizmi?” sualını veriblər: “Niyə də yox? Amma bu daha çox boliddən asılıdır. Böyük ehtimalla yarış qazanmaq üçün lazımi tempimiz olmayacaq. Amma irəliyə doğru böyük addım atacayıq. Texniki cəhətdən bəzi çətin günləri geridə qoyduq. Gələn il üçün proqnoz vermək çətindir, amma hər şey yaxşı görünür.

Böyük ehtimalla irəliyə doğru addımlar atacayıq və ehtiyacımız olan şey budur. Qələbə üçün yarışa bilərikmi? Hələ heç nə deyə bilmərəm”.

Paddokda gəzən söz-söhbətlərə görə, Vandorn gələn il Mercedes-ə gedə bilər. Belçikalı bu şayiələrə də aydınlıq gətirib: “McLaren Honda ilə müqaviləm var və digər komamdalarla danışıqlar aparmamışam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 452
Teqlər , , , ,
Paylaş

logo