Red Bull Alonsonu istəyib

Red Bull şirkətinin idman direktoru Helmut Marko 37 yaşlı Alonsonu komandasında görmək istəyib.

F-1.az bildirir ki, ispaniyalı sürücünün bir vaxtlar Red Bull-a keçəcəyi deyilirdi. Marko bu barədə danışıb: “Onunla 2007 və 2008-ci ildə çoxlu danışıqlar aparmışdıq. Çox çətin idi və çox şey istəyirdi. McLaren və Ferrari-də də tək adamlıq şou göstərirdi. Bu isə bizim üçün uyğun deyil. Bizim gənc sürücü proqramımız var və öz uşaqlarımızı gətirə bilərik. Alonso çox güclü sürücü olsa da, bizim sistemimizə uyğun deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*