M.Ferstappen: Red Bull-dan ayrılmaq üçün səbəbim yox idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, "qırmızı öküzlər"in sıralarını tərk etmək üçün heç bir səbəbi yoxdur.

F-1.az xatırladır ki, hollandiyalı sürücü 1 ay əvvəl Red Bull ilə üçillik yeni müqavilə imzalamışdı. Lakin müqavilə uzadılmamışdan əvvəl 22 yaşlı pilotun adı tez-tez Mercedes-lə birlikdə hallanırdı.

Maks Ferstappen: “Red Bull-da özümü yaxşı hiss edirəm. Ayrılmaq barədə düşünməmişəm, çünki buna ehtiyac yoxdur. Qış tətilində müzakirələr və danışıqlar apardıq və sonda müqaviləni yenilədik. Bu, yaxşı haldır, çünki bütün suallara cavab verildi. Çünki yeni mövsümdə gələcəklə bağlı müəmmaların olması işləri çətinləşdirə bilərdi. Bu vəziyyətə düşmək istəmədim. Red Bull mənimçün əlverişlidir. Komandada yaxşı insanlar çoxdur və özümü rahat hiss edirəm. Onlar çox istəklidirlər və çempionluq uğrunda mübarizə aparmaq istəyirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*