K.Horner: Sürətlənmə hesabına qazandıq

Red Bul komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappen Kanada yarışını döngə çıxışlarında sürətlənməyə görə qazanıb.

F-1.az xatırladır ki, Kanada yarışının son 15 dövrəsində Maks Ferstappenlə Karlos Sayns arasında qələbə uğrunda amansız mübarizə gedib. İspaniyalı sürücü 6 dövrə təzə təkərlə rəqibinə hücumlar etsə də, önə keçə bilməyib və Maks mövsümdə 6-cı qələbəsini qazanıb.

Kristian Horner: “Bizə 0.6 saniyədən artıq yaxınlaşa bilmədi və ancaq düzlüklərin sonlarında hücum edə bilirdi. Lakin biz də 0.7-0.8 saniyədən artıq uzaqlaşa bilmirdik. Ferrari porebriklərdə çox güclü idi. O hissələrdə sürətləri çox idi. DRS hesabına bizə yaxın qala bildilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*