Red Bull oğrular barədə məlumata görə mükafat təyin edib (video)

Biz xəbər vermişdik ki, keçən ilin dekabrında Red Bull komandasının Milton Kinsdəki bazasında oğurluq olub – altı nəfərlik qrup bazanın […]

Biz xəbər vermişdik ki, keçən ilin dekabrında Red Bull komandasının Milton Kinsdəki bazasında oğurluq olub – altı nəfərlik qrup bazanın daxilinə keçərək komandanın 60-dan çox zəfər kuboklarını oğurlamışdı. Bir neçə həftədən sonra bazadan 120 km uzaqlıqda olan Horsşu gölünün dibindən bəzi kuboklar tapılmışdı.

Dünən BBC telekanalı bazanın girişində olan nəzarət kamerasından götürülmüş videonun bir fraqmentini efirdə göstərib. Bu gün isə elan olunub ki, komanda oğurluq barədə verilən istənilən məlumata görə 10 min funt sterlinq məbləğində mükafat təyin edib. Polis qeyd edib ki, artıq fraqment TV-də göstərildikdən sonra onlarla zəng edilib.

F-1.az xatırladır ki, komandanın başçısı Kristian Horner bildirmişdi ki, oğurlanan kubokların faktiki dəyəri elə də böyük deyil, amma bu kuboklar komanda üçün böyük əhəmiyyət kəsb edirlər, çünki kubokların qazanılmasına böyük əmək sərf olunub…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*