21 Sentyabr 2019, Şənbə - 11:09

C.Fizikella Ferrari 430 GT2-ni yoxlayıb

C.Fizikella Ferrari 430 GT2-ni yoxlayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:33 - 28 Fevral, 2010

Roma yaxınlığındakı Vallelunqa avtodromunda Cankarlo Fizikella ilk dəfə olaraq Qran Turizmo seriyasının maşınının sükanı arxasına oturub. 37 yaşlı italiyalı sürücü […]

Roma yaxınlığındakı Vallelunqa avtodromunda Cankarlo Fizikella ilk dəfə olaraq Qran Turizmo seriyasının maşınının sükanı arxasına oturub. 37 yaşlı italiyalı sürücü qarşıdakı mövsümdə dözümlülük yarışlarında çıxış edəcək – belə yarışlarda heç bir təcrübəsi olmayan sürücü ilk testlərini keçirib.

Fizikelladan başqa testlərdə Formula1-in daha bir keçmiş sürücüsü – Jan Alezi və FİA GT-nin 2007-08-ci illərdə dünya çempionu Toni Vilander iştirak ediblər. Onlar hamısı qarşıdakı mövsümdə Ferrari 430 GT2 maşınında AF Corse komandasını təmsil edəcəklər.

Cankarlonun sözlərinə görə, aerodinamikanın işinin və təkərlərin trasla ilişməs səviyyəsinin müxtəlifliyinə öyrəşmək çox çətin olub: “Testlər yaxşı keçdi. Maşını idarə etmək çox xoşdur, amma mənə bir qədər çox inam lazımdır ki, maşının bütün imkanlarından istifadə edə bilim. Bu əla təcrübədir və mən fəxr edirəm ki, Jan və Toni ilə bir komandada çıxış edəcəm.”

45 yaşlı Alezi üçün Vallelunqa testləri AF Corse-nin tərkibində birinci dəfə deyil: “Mən yenidən Ferrari ailəsinə qayıtmağa şadam, hərçənd, maşını finişə təkcə mənim deyil, digər sürücülərlə birlikdə çatdırmağım mənim üçün qeyri-adidir.”

Martın əvvəllərində Pol Rikar trasında LMS seriyasının iştirakçıları üçün rəsmi testlər keçiriləcək, AF Corse komandası da testlərə qoşulacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 321
Teqlər
Paylaş

logo