C.Batton sonadək McLaren-də qalmaq istəyir

Censon Batton bildirib ki, Formula1 karyerasının sonuna qədər McLaren komandasında çıxış etməyə hazırdır. Censonun komanda ilə müqaviləsi gələn ilin sonunda […]

Censon Batton bildirib ki, Formula1 karyerasının sonuna qədər McLaren komandasında çıxış etməyə hazırdır. Censonun komanda ilə müqaviləsi gələn ilin sonunda başa çatır, amma Britaniyanın Autosport jurnalının verdiyi xəbərə görə, artıqq yaxın aylarda komanda müqavilənin uzadılması üzrə danışıqlara başlamaq istəyir…

Censon Batton: “Mən McLaren-də çıxışlarımı başa vuranda, ümumiyyətlə, Formula1 karyeramı qurtarmaq istəyirəm. İstəyirəm ki, yarışlardan həmişə həzz alım, bu komandada mənim üçün rahatdır. Başqa bir komandaya keçməyimə heç bir səbəb yoxdur.

Mən dünyanın ən yaxşı komandalarından birində çıxış edirəm. Sürücülərin çoxu mənim yerimdə olmaq istəyir və mən çox gərgin işləyirəm. McLaren-də hələ nə qədər qalacağımı bilmirəm – üç il, bəlkə beş il…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*