C.Batton: “Bu gün mənim günüm deyildi”

Avropa Qran Prisinin finişindən sonra Censon Batton yarışın startında bir neçə mövqe itirməsini şərh edib… Censon Batton: “Fettel finişdə məni […]

Avropa Qran Prisinin finişindən sonra Censon Batton yarışın startında bir neçə mövqe itirməsini şərh edib…

Censon Batton: “Fettel finişdə məni qabaqlamalı idi, ona görə də startda o aqresiv oldu, mən ayağımı qaz pedalından götürməli oldum ki, toqquşma olmasın, yoxsa antiqanadı itirə bilərdim, təkər də deşilə bilərdi. Belə bir anda sürəti azaldarkən, sonradan sürət yığmaq üçün siz ciddi uduzursunuz, ona görə də mən bir neçə mövqe itirdim. Mən ikinci döngədə ümid edirdim ki, mövqeyimi geri qaytara biləcəmn, amma Alonso döngəyə geniş girdi və mən yenə də sürətimi azaltmalı oldum, dördüncü döngədə isə Uebber məni trasdan sıxışdırdı və mən şikananı kəsməli oldum, trasa qayıtdıqdan sonra isə mövqeni qaytardım.

Finişdə mən iki xal qazana bildim, bəlkə də mənim bəxtim gətirdi – bir vaxt mən Uebberin arxasında doqquzuncu idim, sebastyan isə beşinci idi. Nəticədə onlar xal toplaya bilmədilər, mən isə yeddinci oldum – müsbət nəticədir, amma əsas odur ki, bizim maşın yenidən rəqabətədavamlıdır, onun sürətini Rubensin qələbəsi sübut etdi.

Bu gün mənim günüm deyildi, bu uik-end Rubens fantastik iş gördü, o sürətli idi, mən isə ona çatmağa çalışırdım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*