C.Batton Alonso ilə komanda yoldaşı olmaq istəyir?

Censon Battonun etirafına görə, Fernando Alonso ilə bir komandada çıxış etmək istəyir. Bu sözlərlə 2009-cu ilin dünya çempionu heç də […]

Censon Battonun etirafına görə, Fernando Alonso ilə bir komandada çıxış etmək istəyir. Bu sözlərlə 2009-cu ilin dünya çempionu heç də Ferrari-yə keçmək arzusunda olmasını və ya Lyuis Həmiltonu McLaren-də görmək istəməməsini ifadə etməyib. Sadəcə bütün Formula1 sürücüləri arasında Batton məhz ispaniyalı sürücünü seçib…

Censon Batton: “Lyuis çox sürətli sürücüdür, biz bunu görürük və mən şadam ki, mənim belə bi rkomanda yoldaşım var. Bəzən onunla çətin olur, amma başqa günlərdə hər şey əla olur: bizim aramızda prinsipial rəqabət gedir və bu, mənim çox xoşuma gəlir.

Amma, əgər Lyuis Formula1-də olmasaydı, məncə, mən Fernando ilə bir komandada olmaq istərdim. Alonso çox istedadlıdır, sürətlidir və ikiqat dünya çempionudur. Bizim idmanda onu ən sürətli sürücü adlandırmaq olarmı? Çox güman ki, yox və Fernando bunu özü də təsdiq edə bilər, amma o çox ağıllıdır.”

Battonun fikrincə, o hiss edir ki, işə yanaşma metoduna görə Alonsoya oxşayır: “Nədəsə biz eyniyik, nədəsə yox. Amma eyni xasiyyətimizdən biri də odur ki, hər ikimiz ətrafımızda insanları sıx toplamağı sevirik. Çünki yaxşı nəticə göstərmək üçün bizə kollektivin real dəstəyi lazımdır. Ona görə də onun bir komandada yarışmaq maraqlı olardı, əlbəttə, eyni zamanda onun rəqibi də olmaq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*