23 Avqust 2019, Cümə - 13:11

K.Rəykkönen: “Mənim dondurma yeməkdən başqa çarəm qalmamışdı”

K.Rəykkönen: “Mənim dondurma yeməkdən başqa çarəm qalmamışdı”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:38 - 16 Fevral, 2013

Bəzən hər hansı bir sürücünün karyerasında baş verən hətta kiçik bir epizod mətbuat tərəfindən elə şişirdilir ki, uzun müddət xatirələrdən […]

kimi10
Bəzən hər hansı bir sürücünün karyerasında baş verən hətta kiçik bir epizod mətbuat tərəfindən elə şişirdilir ki, uzun müddət xatirələrdən silinməyərək tarixi lətifəyə çevrilir. Kimi Rəykkönenlə bağlı belə epizodlar az olmayıb, kifayətdir ki, keçən il Abu Dabidə onun yarış mühəndisi ilə radio danışığını xatırlayasanız.

Bu yaxınlarda işıq üzü görmüş Official F1 2012 Season Review-də Kiminin Ferrari-də çıxışı zamanı baş verən köhnə epizod xatırlanıb. 2009-cu ildə tropik leysan üzündən Malayziya Qran Prisi dayandırılmışdı, finlandiyalı sürücünün maşından çıxaraq komandanın boksunda soyuducudan götürdüyü dondurmanı acgözlüklə yeməsi milyonlarla tamaşaçıya canlı yayımda göstərilmişdi. Bir müddət sonra isə onun paltarını dəyişərək boksu tərk etməsi ekranlara gəlmişdi. Bundan sonra isə Rəykkönenin motivasiyanı itirməsi barədə dedi-qodular başlamışdı.

Mövsümün rəsmi icmalında həmin epizodu Kimi belə şərh edib: “Komanda mənə dedi ki, KERS sıradan çıxıb, maşın işləmir və mən yarışı davam etdirə bilməyəcəm. Mən israr elədim ki, yarışı davam etdirmək istəyirəm, amma komanda bunun mümkün olmadığına təkid etdi. Onda mənim dondurma yeməkdən başqa nə çarəm qaırdı ki?

İnsanlar boş yerdə cəfəngiyat uydurmağı xoşlayırlar. Mən isə demək istəyirəm ki, həmin vəziyyətdə mənim başqa çarəm yox idi.”

Bu epizodu şişirdən jurnalistlərə Kiminin necə yanaşmasından asılı olmayaraq, Lotus komandası keçən il Sepanqda mətbuat mərkəzində olan hər bir jurnalistə sürücünün adından dondurma paylamışdı. Mətbuat bu jesti layiqincə qiymətləndirmişdi, çünki isti havada soyuq dondurma çox yerinə düşmüşdü…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 343
Teqlər , , ,
Paylaş

logo