19 İyun 2019, Çərşənbə - 17:05

M.Şumaher və 7 rəqəmi

M.Şumaher və 7 rəqəmi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:34 - 09 Dekabr, 2012

Mercedes AMG komandasının mətbuat xidməti keçmişin dahi riyaziyyatçısı Pifaqorun “Kainatı rəqəmlər idarə edir” şüarını əldə rəhbər tutaraq, Mixael Şumaherin Formula1-də […]

Mercedes AMG komandasının mətbuat xidməti keçmişin dahi riyaziyyatçısı Pifaqorun “Kainatı rəqəmlər idarə edir” şüarını əldə rəhbər tutaraq, Mixael Şumaherin Formula1-də çıxışının statistikasını təhlil edib və çox maraqlı nəticələr əldə edib.

İzaholunmaz qanunauyğunluq üzə çıxıb: sən demə, 7 rəqəmi Mixael üçün vacib rol oynayırmış.

Məsələn, elə götürək almaniyalı sürücünün karyerasındakı sonuncu mövsümünü…

Onun 43 yaşı var (4 + 3 = 7), o, yeddiqat dünya çempionudur, 7 nömrəli maşının sükanı araxsında çıxış edib və 49 (7 x 7) xal toplayıb.

Bəs bu xalları necə qazanıb. Onlardan 49%-ni (7 x 7) dörd dəfə qazandığı 7-ci görə toplayıb. Mövsümdə xal qazandığı 8 yarışdan 7-də ilk üçlüyə daxil olmayıb. Təəssüf ki, mövsümdə 7 dəfə finiş görməyib, karyerasının sonun yarışında da 7-ci nəticə göstərib.

Əgər Şumaherin Formula1-də əvvəlki nailiyyətlərini xatırlasaq, bu qanunauyğunluğun təsdiqini taparıq: Mixael ardıcıl qələbələrin sayına görə rekorda malikdir. Yəqin başa düşdünüz ki, bu qələbələrin sayı 7-dir. Ən çox qələbə qazandığı tras Jil Vilnöv adına Kanada trasıdır – 7 qələbə. Çempionatda 2-ci yeri tutduqda belə (2006-cı il) mövsümü 7 qələbə ilə başa vurmuşdu.

Yeri gəlmişkən, 1991-ci ilin avqustunda Mixael Formula1-də Jordan-ın sükanı arxasında debüt edərkən, özünün Spada ilk sıralanma turunda 7-ci nəticə göstərmişdi. Və sonda: təsadüfdür yoxsa yox, amma bu statistik məlumat da dekabrın 7-də dərc olunmuşdu…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 269
Teqlər , ,
Paylaş

logo