Həmyerlimiz gələcəyin Ferrari-sinin dizaynını verib (video)

Dünyanın 50 müxtəlif dizayn məktəbindən olan tələbələr gələcəyin Ferrari-sinin dizaynını veriblər. Cənubi Koreyadan olan tələbələrin birinci olduğu müsabiqədə Gəncə Türk Litseyinin məzunu Samir Sadıxov ikinci olub.

Ferrari-nin Modena şəhərində təşkil olunan müsabiqəsində dizaynerlər əsasən ikiölçülü sxemlər nümayiş etdiriblər. Alias proqramı ilə üçölçülü hazırlanan layihədə Seulun Hongik Universitetinin heyəti birinci olub. Turindəki Avropa Dizayn Universitetinin məzunu olan azərbaycanlı Samir Sadıxov isə “Xəzri” konsepsiyası ilə ikinci yeri qazanıb. Mükafatını Ferrari-nin dizayn direktoru Flavio Mandzoninin əlindən alan Samir Sadıxov hisslərini belə ifadə edib…

Samir Sadıxov: “Açığı bütün dünyadan müsabiqədə iştirak edən 900 layihədən ilk 20 yeri əldə etmək mənim üçün böyük qürurdur. Bu gün keçirilən finalda ikinci yerin mükafatını əldə etməyin qüruru isə tam fərqlidir. Xəyallarımı bu yaşımda həyata keçirmək böyük uğurdur.”

Ferrari-dən iş təklifi alan Samir Sadıxov avqust ayından etibarən Ferrari-də dizayner kimi işləyəcəyini bildirib.

xezri2
Azərbaycandakı Gəncə Türk Litseyini 2007-ci ildə bitirən Samir Sadıxov 2009-cu ildə Turindəki Avropa Dizayn İnstitutuna daxil olub. Üçillik təhsili uğurlu dizaynları sayəsində iki ildə bitirən Sadıxov Ferrari-nin ən gənc dizayneri olacaq.

Dünya Ferrari Dizayn müsabiqəsində iştirak edən şirkətinin prezidenti Luka di Montedzemolo ilə yanaşı Ferrari-nin ispaniyalı sürücüsü Fernando Alonso da dizaynlarına görə Samir Sadıxovu təbrik edib.

5 ildən bir həyata keçirilən Dünya Ferrari Dizayn müsabiqəsində dünyanın yüksək dizayn məktəbləri iştirak edir. Müsabiqədə əsas məqsəd 2025-ci ilin Ferrari-sinin dizaynını verməkdir. Bu müsabiqədə 1:4 ölçülü maketlər hazırlanaraq münsiflər heyətinin qiymətləndirməsinə təqdim edilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*