C.Rassell: FİA sürücülərə qulaq asmalıdır

Azərbaycan Qran Prisi öncəsi keçirilən mətbuat konfransında Mercedes komandasının sürücüsü və GPDA sürücülər birliyinin direktoru Corc Rassel yarış rəhbərliyinin qərarlarından narahatlığını dilə gətirib...

F-1.az xəbər verir ki, Mercedes-in gənc pilotu federasiyanın onları daha çox dinləməli olduğunu düşünür.

Corc Rassell: “Biz Avstraliyadakı hərəkətlərinin motivasiyasını anlamaq üçün FIA ilə əlaqə saxlayacağıq. Bizim üçün də, FİA üçün də asan olmayacaq. Aydındır ki, orada işləyən uşaqlar axmaq deyillər, onlar öz işlərini mümkün qədər yaxşı görməyə çalışırlar, lakin bunu necə rəhbər tutduqlarını anlamaq bizim üçün vacibdir.

Ola bilməz ki, bütün həftə sonunun taleyini yarış idarəçiliyində olan kimsə həll edir. Bu yaxınlarda bir neçə qeyri-standart həllər gördük. Əgər onlar ardıcıldırlarsa, bu yaxşıdır, lakin onları başa düşməyi həqiqətən çətinləşdirən ardıcıllığın olmamasıdır.
İllərdir şikayət etdiyimiz o hündür bordürlərdən birində gənc sürücünün onurğasını sındırdığı Imolada regional Formula-da baş verən hadisəni təbii ki, hamı gördü.
Mən bu barədə artıq FİA ilə danışmışam, lakin biz idmanı təkmilləşdirmək üçün birlikdə daha çox iş görməliyik – həm əyləncə, həm də təhlükəsizlik sahəsində. Ancaq biz olmasaq, FİA-ya daha kim tam rəy verəcək? Sadəcə qərarlar qəbul edilən zaman müzakirələrin bir hissəsi olmaq istəyirik”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*