T.Volff: Şansımız azdır

Mercedes komandasının rəhbəri Toto Volff bu il uğur qazanacaqlarına inanmır.

 

F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümə pis başlayıblar və 2018-ci ildən sonra ilk dəfə ilk 3 yarışda qələbə üzü görməyiblər. Bunun da əsas səbəbi Mercedes W13-ün dalğalanma problemi yaşamasıdır. Bunun qarşısını almaq üçün mexaniklər bolidin yüksəkliyini artırırlar. Belə olan halda da bolidin performansı azalır.

Toto Volff: “Hazırda geriyə addım atırıq. Yenidən mübarizəyə qayıtma ehtimalımız 20 faizdir. Lakin avtoidmanda hər şey mümkündür. Rəqiblər mübarizəni tez dayandırsa və biz də bolidin potensialını ortaya çıxarsaq, mübarizəyə qoşula bilərik. Şansımız azdır. Amma hələ 3 yarış geridə qalıb. Təslim olmaq üçün tələsməyəcəyik, ancaq hazırda 0.7 saniyə geridəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*