C.Rassel: Elbonu axmaq yerinə qoyublar

Williams komandasının sürücüsü Corc Rassel bildirib ki, Red Bull komandası Aleksander Elbonu axmaq yerinə qoyub.

F-1.az xatırladır ki, taylandlı sürücü Macarıstandakı sıralanma turunda zəif performans göstərərək, 13-cü yeri tutub. Komanda yoldaşı Ferstappen isə 7-ci olub.

Corc Rassel: “Elbonu 15 ildir ki, tanıyıram və onunla həmişə yarışmışam. O, yarışdığım ən güclü sürücülərdən biridir. Maks, Şarl və hamımız onun potensialına bələdik. Red Bull-da nə baş verir bilmirəm. Ona görə çox məyusam, çünki onu axmaq kimi göstərmək istəyirlər və o, qətiliklə elə deyil. Yarışdığı bütün seriyalarda qalib gəlib. Onun problemlərini həll etməlidirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*