C.Rassell: Ötürmələr qutusu problemi yaşadım

Williams komandasının sürücüsü Corc Rassell ikinci startda yarışdan çəkilmə səbəbini açıqlayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü ikinci startdan əvvəlki qızdırma dövrəsini bitirmədən pitə gedib.

Corc Rassell: “Ötürmələr qutusu problemi yaşadım. Start düzülüşünə doğru gedirdim, amma bolidin gücü qalmamışdı. Əsəbpozucu idi. Yaxşı yarışırdıq. Bolid sürətli idi. Qırmızı bayraq çıxmamışdan əvvəl özümü yaxşı hiss edirdim. Təkərlər qızdırma dövrəsində yaxşı idi və bu, bizə üstünlük qazandıra bilərdi. Son iki dövrədən gözləntimiz çox olduğu üçün ikiqat məyusam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*