C.Rassell: Gözləntiləri aşdıq

Williams komandasının sürücüsü Corc Rassell bildirib ki, gözləntiləri aşıblar.

F-1.az xatırladır ki, britaniyalı sürücü Rusiyadakı sıralanma turunsa 14-cü olub.

Corc Rassell: “Nəticə gözləntilərimizi aşdı. Sessiyadan əvvəl düşünürdük ki, Alfa Romeo və Haas-dan geridəyik. Buna görə də əsas hədəfimiz onları qabaqlamaq idi və bunu rahatlıqla etdik. İlk sessiyada əla dövrə atdıq və Sebastyanı keçmək isə əsl bonus oldu. Buna görə xoşbəxtəm.

Yarış daha çətin keçəcək, amma maşın yaxşıdır. Son həftələrdə yarış tempinə fokuslanmışıq. Çünki şənbə günü güclü olduğumuz halda, bazar günü zəifləyirik. İndi isə balansımız yaxşıdır. Yarışda güzgülərimı nəzarət etməli olacağam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*