Corc Rassell Cokoviç-Qaxov matçında iştirak edib

Dünən “Mercedes” komandasının pilotu Corc Rassell Monte Karloda keçirilən “Masters” səviyyəli turnirin 2-ci turu çərçivəsində Novak Cokoviçlə rusiyalı İvan Qaxov arasında keçirilən görüşdə iştirak edib.

F-1.az xəbər verir ki, iki setdə qələbə qazanan serbiyalı tennisçi görüşdən sonra Rassellə söhbətləşib.

Corc Rassell: “Əla gün keçdi! Bu adamın ən yaxşısını etdiyini izləmək çox gözəldir. Vaxt ayırdığınız üçün təşəkkür edirəm Novak”.

Cokoviçin yolları tez-tez Formula1 sürücüləri ilə kəsişir, xüsusən də, demək olar ki, hər il Monako Qran Prisi öncəsi xeyriyyə futbol matçında “Ulduzlar komandası”nın tərkibində iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*