12 Dekabr 2018, Çərşənbə - 20:31

C.Palmer: “Maşın nəm trasda yaxşı təsir bağışladı”

C.Palmer: “Maşın nəm trasda yaxşı təsir bağışladı”

Müəllif: Elçin Zodorov, redaktor

21:39 - 18 Mart, 2016

Lotus-u alaraq zavod komandası kimi idmana qayıdan Renault komandasının heyəti bu gün keçirilən ilk sərbəst yürüşlərdən sonra pozitiv fikirdədir.

F-1.az xəbər verir ki, xüsusilə də, komandanın debütant pilotu Colion Palmer razılığını bildirib: “Burda ilk dəfə sükan arxasına keçdim. Albert Park böyük və gözəl trasdır. Maşınımız nəm trasda yaxşı təsir bağışladı. Hər iki seansda da yaxşı idi. Heç bir pis sürprizlə qarşılaşmadıq.

Sabah görməli olduğumuz çox iş var. Mən yarış üçün, xüsusilə də, ilk sıralanma turu – karyeramın ilk turu üçün səbrsizlənirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 443
Teqlər , , ,
Paylaş

logo