25 May 2019, Şənbə - 15:15

B.Senna Honda ilə müqavilə bağlayıb?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:07 - 13 Fevral, 2009

Grandprix.com saytı naməlum mənbəyə əsaslanaraq xəbər yayıb ki, Bruno Senna Honda Racing komandası ilə müqavilə bağlaya bilib və tezliklə komandanın […]

Grandprix.com saytı naməlum mənbəyə əsaslanaraq xəbər yayıb ki, Bruno Senna Honda Racing komandası ilə müqavilə bağlaya bilib və tezliklə komandanın qarşıdakı mövsümə planları barədə rəsmi bəyanatı gözlənilir. Gözlənildiyinə görə, Senna Censon Battona komanda yoldaşlığı edəcək, onlar Mercedes-Benz motorları qoyulmuş Breklidə qurulmuş şassidə çıxış edəcəklər. Gələcək adı hələ də məxfi saxlanılan komandaya deyəsən, Braziliyanın məşhur Petrobras şirkəti və Bruno Sennanın şəxsi sponsorları yardım edəcəklər…

Rəsmi bəyanatın vaxtı da məlum deyil.

Bundan başqa şayiələr gəzir ki, komandaya şəxsən Berni Ekklstoun dəstək verib, özü də bu məsələdə tamahkarlığına əsaslanıb: Honda-ya maliyyə nəzarəti ona vahid mövqedən çıxış edən Formula1 komandalarının assosiasiyasını (FOTA) parçalamaq şansı verir. Maraqlıdır ki, əsas maliyyə vəsaiti əvvəlki kimi Honda Motor konsernindən alınacaq, çünki komandanı bu cür maliyyələşdirmək, onu rəsmən bağlamaqdan ucuz başa gələcək, çünki işdən kənarlaşdırılmış personala cərimə ödənilməli idi.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 271
Teqlər
Paylaş

logo