Brawn GP varlı sponsor tapıb?

İstisna edilmir ki, yeni Brawn GP komandasının sponsorlarından biri Avstriyanın Bwin İnteractive Entertainment – hazırda inetrnetlə işləyən ən böyük bukmeyker […]

İstisna edilmir ki, yeni Brawn GP komandasının sponsorlarından biri Avstriyanın Bwin İnteractive Entertainment – hazırda inetrnetlə işləyən ən böyük bukmeyker şirkəti olacaq. Grandprixşcom saytının məlumatına görə, indi aydın olur ki, Honda Motor konserninin rəhbərliyi ilə danışıqlar niyə bu qədər uzanıbmış: bir çox ölkələrdə, o cümlədən Yaponiyada bu biznes təqdir olunmur.

Amma Bwin şirkətinin rəhbərliyində çox hörmətli insanlar var, məsələn, Hannes Androş, Avstriyanın keçmiş maliyyə naziri və vitse-kansleri, vaxtılə Beynəlxalq Valyuta Fondunda məsul vəzifələrdə çalışıb. Bəzi ölkələrin qanunvericilikləri ilə problemlərə baxmayaraq, şirkət müxtəlif bazarlarda iştirakını genişləndirməkdədir. Formula1-də şirkət yeni olsa da, futbol dünyasında olduqca tanınmışdır: 2006-cı ildən şirkət AC Milan, AS Monaco və Real Madrid komandalarına sponsorluq edir.

Bwin Asiya və Cənubi Afrika bazarına daxil olmaq yolları axtarır və Formula1 komandasına sponsorluq bu brendin qlobal reklamı üçün yaxşı alət ola bilər. Düzdür, bunlar hamısı hələlik şayiələrdir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*