15 Dekabr 2019, Bazar - 12:18

M.Uebber: “Komanda mənim qalmağımı istəyirdi”

M.Uebber: “Komanda mənim qalmağımı istəyirdi”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:22 - 21 İyul, 2013

Mövsümün sonunda Mark Uebber Formula1 karyerasını başa vuracaq və gələn il dözümlülük yarışlarında iştirak edəcək. Qərarı barədə danışarkən Mark qeyd […]

Mövsümün sonunda Mark Uebber Formula1 karyerasını başa vuracaq və gələn il dözümlülük yarışlarında iştirak edəcək. Qərarı barədə danışarkən Mark qeyd edib ki, Malayziyada baş verənlərin mətləbə dəxli yoxdur…

Mark Uebber: “Malayziyadakı epizod dönüş nöqtəsi deyildi. Əlbəttə, həm gündən sonra çox şey dəyişib, amma mən getmək qərarını Malayziyada çox əvvəl qəbul etmişdim – hələ keçən ilin Milad bayramında. Komanda istəyirdi ki, mən qalım, amma son 2-3 ildə mən başa düşdüm ki, sadəcə elə bir vaxt gələcək ki, bütün mövsümü yüksək səviyyədə yarışmaq üçün tam gücümü sərf etməklə keçirə bilməyəcəm.

Formula1-də uğur qazanmaq üçün daim maksimum güc sərf etməlisən. Amma mən başa düşürəm ki, gələcəkdə mənim gücüm azalacaq, ona görə də mən elə bir yarış seriyası seçdim ki, orda sürücüyə düşən yüklənmələr belə yüksək deyil. Le Man seriyasında rəqabət bu gün çox yüksəkdir, ona görə də sürücüləri cəlb edir. Mən demək istəmirəm ki, Formula1 maraqsızdır, axı bu çempionatda ən yaxşı sürücülər mübarizə aparırlar. Amma dözümlülük yarışlarındakı sürücülər də sürətlidirlər.”

Mark Uebber 1999-cu ildə Le Manda çıxış etmişdi, o zaman onun yarışı ağır qəza ilə başa çatmışdı. Amma Mark elə də narahat deyil, “o zaman maşınlar çox təhlükəliydilər, amma bu illər ərzində təhlükəsizlik səviyyəsi çox artıb…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 520
Teqlər , , , , ,
Paylaş

logo