Brawn GP bütün mövsümü titul sponsoru olmadan keçirə bilər

Mövsümün uğurlu startında baxmayaraq, Brawn GP maşınları praktiki olaraq hələlik sponsor loqotiplərindən azaddırlar. Şayiələr gəzirdi ki, Virgin Group ya böyük […]

Mövsümün uğurlu startında baxmayaraq, Brawn GP maşınları praktiki olaraq hələlik sponsor loqotiplərindən azaddırlar. Şayiələr gəzirdi ki, Virgin Group ya böyük sərmayə yatıracaq, ya da titul sponsorluğuna əl atacaq, amma hələ vəziyyət dəyişməyib – Virgin-in kişik loqotipi əvvəlki yerində qalıb, komandanın icraçı direktoru Nik Fray isə jurnalistlərə bildirib ki, tələsməyə əsas yoxdur. Komanda uzunmüddətli proqramlara ümid edir…

Nik Fray: “Vəziyyəti biz dəyişmək istəyəndə, vəziyyət dəyişəcək. Bizə kifayət qədər təkliflər var, bu il bizim titul sponsora ehtiyacımız yoxdur və əlimizdə olan resurslarla işimizi davam etdirə bilərik. Biz Rossla gələcək beş ilə optimal qərarlar axtarırıq və bunda tələsəməyin mənası yoxdur. Komanda Virgin Group-dan təklif alıb, amma digər böyük şirkətlərdən də maraqlı təkliflər var, düzdür, onlar Virgin qədər operativ deyillər.

Qorxmağa səbəb yoxdur, biz gözləyirik, mən əminəm ki, tezliklə bizim maşınlarda sponsorların loqotiplərini görəcəksiniz, amma biz onların seçiminə diqqətlə yanaşırıq. Mən ümid edirəm kİ, bu il komanda müqavilə bağlaya biləcək, amma bilmirəm ki, titul sponsorun emblemləri maşınlara bu ildən vurulacaqmı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*