F1 Academy yarışları televiziyada yayımlanmayacaq

Yeni F1 Academy qadın yarışları seriyasının ilk turu bu həftə onu Avstriyada keçiriləcək, lakin ona televiziyadan canlı baxmaq mümkün olmayacaq.

F-1.az The Race-in məlumatına istinadən xəbər verir ki, Formula1 təşkilatçıları F1 Academy-nin maliyyə xərclərini və texniki tələbləri qiymətləndirərək, mövsümün ilk altı mərhələsinin canlı yayımlarının təşkilinə investisiya qoymamaq qərarına gəlib. Bunun əvəzinə azarkeşlər rəsmi vaxta uyğun olaraq trasda baş verən hadisələri izləməyə dəvət olunur. Bazar ertəsi, mərhələnin üç yarışının hər birinin ən yaxşı anlarının 7-10 dəqiqəlik rəyləri dərc olunacaq.

Formula1 yarış həftəsonu çərçivəsində Ostində keçiriləcək F1 Academy mövsümünün final mərhələsinin canlı nümayiş olunacağı gözlənilir. Xatırladaq ki, çempionatın iştirakçılar yaxın vaxtlarda Barselonada mövsümöncəsi testlərdə iştirak etmişdilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*