BMW KERS-dən istifadə etməyəcək

Çox güman ki, bu uik-end, Monakoda olduğu kimi, yalnız iki komanda KERS-dən istifadə edəcək – Ferrari və McLaren. BMW Sauber […]

Çox güman ki, bu uik-end, Monakoda olduğu kimi, yalnız iki komanda KERS-dən istifadə edəcək – Ferrari və McLaren. BMW Sauber KERS-in yenilənmiş versiyasını məhz Türkiyədə yoxlamağı planlaşdırmışdı, amma ikili diffuzorun debütünə görə mühəndislər bütün diqqətlərini aerodinamik yeniliklərə cəm etməyə üstünlük veriblər. Nik Haydfeld jurnalistlərə tsədiq edib ki, qarşıdakı yarışı komanda KERS-siz keçirəcək…

Nik Haydfeld: “Biz İstanbulda KERS-dən istifadə etməməyi qərara almışıq. Barselonada olduğu kimi komanda bütün diqqətini yeni aerodinamikaya cəm edəcək, növbəti yarışlarda isə KERS yenidən maşınlara qoyula bilər.”

Maks Moslinin KERS-in tətbiq olunması təklifi komandaların ciddi maliyyə məsrəflərinə səbəb olsa da, həlik altı yarışdan sonra KERS qoyulan maşınlar 18 podiumdan cəmi iki podium qazana biliblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*