Almanlar S.Fettelin qələbəsinə əmindirlər

Bu il çempionatın startına dörd dünya çempionu çıxacaq, amma uzun illərdir Qran Prilərdə çalışan Almaniyanın televiziya jurnalistləri əmindirlər ki, titulu […]

Bu il çempionatın startına dörd dünya çempionu çıxacaq, amma uzun illərdir Qran Prilərdə çalışan Almaniyanın televiziya jurnalistləri əmindirlər ki, titulu Sebastyan Fettel qazanacaq və gələn il biz startda beş dünya çempionunu görəcəyik…

Mark Zurer (58 yaş, Sky Sport): “Mən Sebastyanı qarşıdakı mövsümün əsas favoriti hesab edirəm. Keçən il o sübut etdi ki, qələbə qazana və pressinqlə mübarizə apara bilir. Əgər Fettel Red Bull-dan layiqli maşın alsa və heç bir səhvə yol verməsə, onun əla şansı olacaq.”

Kay Ebel (45 yaş, RTL): “Titulu Fettel qazanacaq. Mətbuat Mixael Şumaheri və onun rəqibləri ilə mübarizəsini işıqlandıracaq, Seastyanın işi asanlaşacaq və o yarışlarda qalib gələcək.”

Hans Yoahim Ştuk (59 yaş, Sky Sport): “Məncə, bu il sürpriz çox olacaq, Fettel isə bizi artıq Bəhreyndə təəccübləndirəcək. Şübhə etmirəm ki, o, dörd dünya çempionu ilə bərabər səviyyədə mübarizə apara biləcək.”

Tanya Bauer (40 yaş, Sky Sport): “Sakitçilik və pressinqin olmaması – indi Sebastyana məhz bunlar lazımdır. Bütün diqqət Mixael Şumaherdədir, Fettel böyüyüb, təcrübə toplayıb və onu yaxşı mövsüm gözləyir.”

Niki Lauda (61 yaş, RTL): “Sebastyan titula köklənib, buna şübhə etmirəm – indi onu başqa nəticələr qane etməyəcək, amma qələbə üçün layiqli maşın lazımdır. Bu həlledici faktordur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*