18 İyul 2019, Cümə axşamı - 20:03

Almaniya Qran Prisi: Yarış

Almaniya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:08 - 13 İyul, 2013

Quru. Günəşli. Havanın temperaturu +26° C, trasın temperaturu +45° C 2013-cü ilin Almaniya yarışı çox maraqlı alınıb. Bir həftə əvvəl […]

Quru. Günəşli. Havanın temperaturu +26° C, trasın temperaturu +45° C

2013-cü ilin Almaniya yarışı çox maraqlı alınıb. Bir həftə əvvəl Silverstounda çoxsaylı təkər partlamalarından sonra Pirelli mühəndisləri təkərin konstruksiyasında polad təbəqini kevlar təbəqə ilə dəyişiblər – təkərin konstruksiyası 2012-ci ilə yaxınlaşsa da, tərkibi 2013-cü ildə olduğu kimi qalıb.

Kevlar təbəqəli təkərləri komandalar hələ Kanada sərbəst yürüşlərində yoxlamışdılar, amma o zaman komandaların işinə yağış mane olmuşdu, ona görə də çempionat iştirakçıları yeni təkərlərlə uik-endin gedişində tanış olublar.

Daha bərk olan Medium tərkibi hamının xoşuna gəlib, Soft-a bir dövrədə 1.5 saniyə uduzmasına baxmayaraq, daha stabil və daha resurslu olması ilə seçilib. Soft isə daha yaxşı ilişmə təmin etsə də, daha tez yeyilib – ənənəvi sıralanma turu üçün olan təkər.

Hərçənd, sıralanma turunun sonunda heç də hamı Soft-u seçməyib. Ferrari sürücüləri şənbə günü yaxşı mövqe qazanmaq şanslarını bazar gününün fərqli strategiyasına qurban veriblər, Batton və Hülkenberq isə sürətli dövrədən imtina edərək təkər seçimi hüququnu əldə ediblər.

Nəticədə Alonso, Massa, Batton, Hülkenberq, Bottas və Maldonado starta Medium təkərlərlə çıxıblar, yerdə qalan sürücülər isə Soft-u seçiblər.

Startda hər iki Red Bull sürücüsü Həmiltonu qabaqlayıb və Fettel yarışa başçılıq edib, Massa Rikkardonu, Peres isə Battonu keçiblər. 2-ci dövrənin sonunda ilk onluq: Fettel – Uebber – Həmilton – Rəykkönen – Qrojan – Massa – Rikkardo – Alonso – Peres – Batton.

4-cü dövrənin əvvəlində Massa birinci dövrədə trasdan çıxaraq mübarizədən kənar qalıb. 4-cü dövrənin sonunda Pol di Resta birinci pit-stoplar dalğasına start verib – şotlandiyalı sürücü pit-leyndə Vernlə toqquşmadan son anda qurtula bilib. 5-ci dövrədə Force İndia və Toro Rosso digər sürücülərini də yeni təkərlərə keçirib. 6-cı dövrədə Həmilton, 7-ci dövrədə Fettel və Peres, 8-ci dövrədə Rəykkönen və Uebber təkərlərini dəyişiblər.

Markın pit-stopu zamanı problem yaranıb – mexaniklər arxa sağ təkəri uzun müddət bağlaya bilməyiblər, sonra Uebber yerindən tərpəndikdə təkər maşından ayrılıb və teleoperatora dəyib: onu təcili tibb mərkəzinə aparıblar. Mark trasa ən sonuncu və bir dövrə geriqalma ilə qayıdıb.

Fettel pit-stopundan sonra trafikə düşüb, amma Hülkenberq və Battonu keçdikdən sonra yaxşı temp tutaraq yoluna davam edib. Həmilton isə pit-stopundan sonra komanda yoldaşının arxasında ilişib – komanda Rosberqə Lyuisin fərqli strategiyada olduğunu bildirdikdən sonra Niko onu buraxıb. 12-ci dövrədə Alonso boksa gəlib, 13-cü dövrədə isə Qrojan Soft təkərlərini Medium-a dəyişib və Fettel liderliyi özünə qaytarıb. 14-cü dövrədə Rəykkönen Rosberqi qabaqlayıb.

16-cı dövrədə Rosberq boksa yollanıb, 17-ci dövrədə Hülkenberq də ilk pit-stopunu gerçəkləşdirib, 18-ci dövrədə isə Rikkardo ikinci dəfə boksa yollanıb. Bu zaman Rəykkönen Həmiltonu da arxada qoyub. 21-ci dövrədə Batton və Maldonado ilk dəfə mexaniklərinə qonaq olublar, 22-ci dövrədə Həmilton ikinci dəfə boksa yollanıb.

Bu zaman trasda Byankinin maşınında motor alovlanıb – Jül maşını saxlayıb və kokpiti tərk edib, amma maşın təpədə dayandığı üçün araxaya hərəkət etməyə başlayıb və trasa çıxıb. Yarışın direktoru Çarli Uaytinq Təhlükəsizlik Maşınını (TM) trasa buraxmalı olub. İlk dördlük fürsətdən istifadə edərək yeni təkərlərə keçib, 24-cü dövrənin sonunda TM-in araxsında ilk onluq: Fettel – Qrojan – Rəykkönen – Alonso – Batton – Hülkenberq – Həmilton – Peres – Sutil – di Resta.

Vernin maşınında hidravlik problem üzə çıxıb və fransalı sürücü boksda mübarizəni dayandırıb.

29-cu dövrədə restart elan olunub. Fettel liderliyini qoruyub saxlayıb, ilk onluqda dəyişiklik olmayıb. TM-in arxasında liderlə bir dövrəyə qayıtmış Uebber peletonun quyruğunda bir neçə mövqe qazanıb. Peres Maldonadonu keçərək 8-ci yerə yüksəlib, 37-ci dövrədə Hülkenberq, 38-ci dövrədə Uebber yeni təkər dəstinə keçiblər.

Fettel arxasındakı sürücülərdən uzaqlaşa bilməyib, amma sürət fərqi kifayət qədər olmadığı üçün Qrojan və Rəykkönen real ötmələrdən uzaq olublar. 39-cu dövrədə Qrojan, 41-ci dövrədə Fettel sonuncu dəfə boksa yollanıblar – Fettel trasa öndə qayıdıb, amma yarışa Rəykkönen başçılıq edib. 45-ci dövrədə Fettel və Qrojan Həmiltonu keçiblər və Lyuis bu cütlüyü bir az ləngitdikdən sonra boksa yollanıb.

47-ci dövrədə Batton, 48-ci dövrədə Rosberq pit-stop ediblər. 49-cu dövrədə Rəykkönen və Alonso sonuncu dəfə boksa yollanıblar və trasa Fettel-Qrojan cütlüyünün arxasında qayıdıblar. Batton komanda yoldaşı Peres üstələyərək 5-ci yerə yüksəlib. 50-ci dövrədə, finişə 10 dövrə qalmış ilk onluq: Fettel – Qrojan – Rəykkönen – Alonso – Batton – Peres – Həmilton – di Resta – Uebber – Bottas.

Komanda iki dəfə Qrojana xəbər verib ki, Rəykkönen Soft təkərlərlə daha sürətlidir və 54-cü dövrədə Roman Kimini irəli buraxıb. Kimi Fettellə fərqi minimuma endirsə də, real ötmə imkanı olmayıb. Sonuncu dövrədə Həmilton Battonu 5-ci yer uğrunda mübarizədə üstələyib. Finiş xəttini keçdikdən sonra Alonso birinci döngədə maşınını saxlayıb.

Sebastyan Fettel ev trasında ilk qələbəsini qazanıb. Mövsümdə 4-cü, karyerasında 30-cu qələbə almaniyalı sürücünün çempionatdakı liderliyini daha da möhkəmlədib. Rəykkönen və Qrojan podiumu tamamlayıblar – Bəhreyn podimunun daha bir təkrarı.

Üç həftədən sonra Hunqarorinqdə mövsümün birinci yarısı başa çatacaq, komandalara tam yeni təkərlər veriləcək, amma əvvəlcə Silverstounda gənc sürücülərin testləri olacaq. Darıxmayacayıq!

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.41:14.711
02K.RəykkönenLotusRenault+ 0:01.008
03R.QrojanLotusRenault+ 0:05.830
04F.AlonsoFerrariFerrari+ 0:07.721
05L.HəmiltonMercedes AMGMercedes+ 0:26.927
06C.BattonMcLarenMercedes+ 0:27.996
07M.UebberRed BullRenault+ 0:37.562
08S.PeresMcLarenMercedes+ 0:38.306
09N.RosberqMercedes AMGMercedes+ 0:46.821
10N.HülkenberqSauberFerrari+ 0:49.892
11P.di RestaForce İndiaMercedes+ 0:53.771
12D.RikkardoToro RossoFerrari+ 0:56.975
13A.SutilForce İndiaMercedes+ 0:57.738
14E.QutyerresSauberFerrari+ 1:00.160
15P.MaldonadoWilliamsRenault+ 1:01.929
16V.BottasWilliamsRenault+ 1 dövrə
17Ş.PikCaterhamRenault+ 1 dövrə
18Q.van der QardeCaterhamRenault+ 1 dövrə
19M.ÇiltonMarussiaCosworth+ 1 dövrə
J.E.VernToro RossoFerrari
J.ByankiMarussiaCosworth
F.MassaFerrariFerrari

Sürətli dövrə: Fernando Alonso (Ferrari) – 1:33.468 (51-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault157
02F.AlonsoFerrariFerrari123
03K.RəykkönenLotusRenault116
04L.HəmiltonMercedes AMGMercedes99
05M.UebberRed BullRenault93
06N.RosberqMercedes AMGMercedes84
07F.MassaFerrariFerrari57
08R.QrojanLotusRenault41
09P.di RestaForce İndiaMercedes36
10C.BattonMcLarenMercedes33
11A.SutilForce İndiaMercedes23
12S.PeresMcLarenMercedes16
13J.E.VernToro RossoFerrari13
14D.RikkardoToro RossoFerrari11
15N.HülkenberqSauberFerrari7
16P.MaldonadoWilliamsRenault0
17V.BottasWilliamsRenault0
18E.QutyerresSauberFerrari0
19J.ByankiMarussiaCosworth0
20Ş.PikCaterhamRenault0
21M.ÇiltonMarussiaCosworth0
22Q.van der QardeCaterhamRenault0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault250
02Mercedes AMGMercedes183
03FerrariFerrari180
04LotusRenault157
05Force İndiaMercedes59
06McLarenMercedes49
07Toro RossoFerrari24
08SauberFerrari7
09WilliamsRenault0
10MarussiaCosworth0
11CaterhamRenault0

Almaniya Qran Prisi: Yarış

Almaniya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:34 - 23 İyul, 2012

Quru. Günəşli. Havanın temperaturu +22° C, trasın temperaturu +37° C Hokkenhaymrinqdə uik-endin senarisi iki həftə əvvəl Silverstounda baş verənləri təkrarlayıb […]

Quru. Günəşli. Havanın temperaturu +22° C, trasın temperaturu +37° C

Hokkenhaymrinqdə uik-endin senarisi iki həftə əvvəl Silverstounda baş verənləri təkrarlayıb – cümə sərbəst yürüşlərində yağış, şənbə sərbəst yürüşləri quru, sıralanma turu yağış və yarış da quru asfaltda. Komandalar yenə də hazırladıqları yeniliklərin effektliyini və uzun məsafədə təkərlərin yeyilməsini qiymətləndirə bilməyiblər.

İki həftə əvvəl olduğu kimi yağışlı sıralanma turunda poulu Fernando Alonso qazanıb. Üç sürücü – Qrojan, Rosberq və Uebber maşınlarında ötürmələr qutusunu vaxtından əvvəl dəyişdikləri üçün startda beş itiriblər, Peres isə eyni cəzanı sıralanma turunda Alonso və Rəykköneni bloka saldığı üçün alıb.

Red Bull komandasının nümayəndələri bazar günü səhər tezdən stüardların ofisinə çağırılıblar – FİA-nın texniki nümayəndəsi Co Bauerin imzaladığı məktubda komanda texniki reqlamenti pozmaqda şübhəli bilinib. Stüardlar bir neçə saat mübahisəli vəziyyəti müzakirə ediblər, amma sonda sanksiyalardan vaz keçiblər – onlar Red Bull-un izahatlarını tam qəbul etməsələr də reqlamentin pozulması sübut olunmayıb.

Startdan əvvəl asfaltın temperaturu +30 dərəcəni keçib, ona görə də hər şey startda təkər seçimindən asılı olub – sürücülərin çoxu Soft tərkibini seçib, yalnız Kobayaşi, Vern, Pik, Rosberq və Qlokdan başqa.

Startda Alonso poulun üstünlüyünü saxlayıb, Batton Maldonadonu qabaqlayıb, Həmilton iki mövqe itirib, Rəykkönen iki mövqe qazanıb. Massa, Senna və Qrojan start insidentindən sonra boksa təmirə yollanıblar. 2-ci dövrədə Həmilton qırıntılar üzərindən keçərkən arxa sol təkəri deşilib və təkərini dəyişdikdən sonra peletonun sonuna düşüb, Lyuisin yavaşlaması zamanı fürsətdən istifadə edən di Resta Rəykköneni keçib. 3-cü döngədə ilk onluq: Alonso – Fettel – Şumaher – Hülkenberq – Batton – Maldonado – Uebber – di Resta – Rəykkönen – Rikkardo.

Rəykkönen di Restanı keçərək mövqeyini geri qaytarıb, Batton Hülkenberqi qabaqlayıb. 17-ci yerdən start almış Peres 9-cu yerə yüksəlib. Peleton uzanıb, Alonso hər dövrə Fettel üzərində üstünlüyünü 0.1 saniyə artırıb.

10-cu dövrədə di Resta ilk pit-stopunu keçirib, 11-ci dövrədə Batton Şumaheri keçərək üçüncülüyə yüksəlib. 12-ci dövrədə Rəykkönen yenidən Soft təkərlərə keçib, 13-cü dövrədə Hülkenberq, Uebber və Rosberq, 14-cü dövrədə Şumaher və Petrov, 17-ci dövrədə Peres, 18-ci dövrədə Alonso, 19-cu dövrədə Batton və Rikkardo, 20-ci dövrədə Fettel ilk pit-stoplarını reallaşdırıblar. İlk üçlükdə vəziyyət dəyişməyib. Arxada isə Hülkenberq, Şumaher və Rəykkönen arasında gərgin mübarizə gedib. Mixael həmyerlisini keçərkən Kimi bundan istifadə edib və növbəti dövrədə yeddiqat dünya çempionunu da keçib. 23-cü dövrədə ilk onluq: Alonso – Fettel – Batton – Rəykkönen – Şumaher – Hülkenberq – Peres – Uebber – di Resta – Kobayaşi.

Fettel Alonsoya hücum məsafəsinə yaxınlaşıb, bir neçə dövrə DRS-dən istifadə edib, amma liderlərin mübarizəsinə bir dövrə geri qalan Həmilton qarışıb – britaniyalı sürücü Fetteli keçib və Alonso ilə mübarizəyə girişib.

31-ci dövrədə Hülkenberq və Həmilton, 36-cı dövrədə Şumaher, 38-ci dövrədə Rəykkönen, Maldonado və Rikkardo, 39-cu dövrədə di Resta, 40-cı dövrədə Batton, Peres və Uebber pit-stopa baş çəkiblər. 41-ci dövrədə iki lider – Alonso və Fettel boksa yollanıblar, trasa qayıdarkən Batton onların arasına düşüb. Sebastyan bir neçə həmlə etsə də, Censon müdafiə oluna bilib. 44-cü dövrədə ilk onluq: Alonso – Batton – Fettel – Rəykkönen – Şumaher – Hülkenberq – Kobayaşi – Peres – Rosberq – Uebber.

Asfaltın temperaturu +37 dərəcəyə çatıb, təkərin yeyilməsi də sürətlənib. Batton Alonsoya yaxınlaşıb və DRS-dən istifadə etməyə başlayıb. 50-ci dövrədə Rosberq, 52-ci dövrədə Şumaher 3-cü pit-stoplarını keçiriblər. 56-cı dövrədə Həmilton boksda maşınını saxlayıb – yarışı dayandıran yeganə sürücü bu gün Lyuis olub.

Finişə 5 dövrə qalmış ilk üçlük 2.6 saniyə intervalında olub. Sondan əvvəlki dövrədə təkərləri tam yeyilmiş Battona sancaq döngəsində Fettel hücum edib və almaniyalı sürücü trasdan kənara çıxmaqla rəqibini qabaqlayıb. Finişdən sonra stüardlar bu insidentə görə Fettelin yekun nəticəsinə 20 saniyə əlavə ediblər.

Fernando Alonso isə bu gün mövsümdə 3-cü, karyerasında 30-cu qələbəsini qazanmaqla çempionatda liderliyini möhkəmlədib.

YerPilotKomandaMotorVaxt
01F.AlonsoFerrariFerrari1.31:05.862
02C.BattonMcLarenMercedes+ 0:06.949
03K.RəykkönenLotusRenault+ 0:16.409
04K.KobayaşiSauberFerrari+ 0:21.925
05S.Fettel(*)Red BullRenault+ 0:23.732
06S.PeresSauberFerrari+ 0:27.896
07M.ŞumaherMercedes AMGMercedes+ 0:28.970
08M.UebberRed BullRenault+ 0:46.941
09N.HülkenberqForce İndiaMercedes+ 0:48.162
10N.RosberqMercedes AMGMercedes+ 0:48.889
11P.di RestaForce İndiaMercedes+ 0:59.227
12F.MassaFerrariFerrari+ 1:11.428
13D.RikkardoToro RossoFerrari+ 1:16.829
14J.E.VernToro RossoFerrari+ 1:16.965
15P.MaldonadoWilliamsRenault+ 1 dövrə
16V.PetrovCaterhamRenault+ 1 dövrə
17B.SennaWilliamsRenault+ 1 dövrə
18R.QrojanLotusRenault+ 1 dövrə
19H.KovalaynenCaterhamRenault+ 2 dövrə
20Ş.PikMarussiaCosworth+ 2 dövrə
21P.de la RosaHRTCosworth+ 3 dövrə
22T.QlokMarussiaCosworth+ 3 dövrə
23N.KartikeyanHRTCosworth+ 3 dövrə
L.HəmiltonMcLarenMercedes

Sürətli dövrə: Mixael Şumaher (Mercedes AMG) – 1:18.725 (57-ci dövrə).

Qeyd: (*) – Censon Battonu ötərkən ötmə qaydalarını pozduğuna görə, Sebastyan Fettelin yekun nəticəsinin üzərinə 20 saniyə əlavə olunub.

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01F.AlonsoFerrariFerrari154
02M.UebberRed BullRenault120
03S.FettelRed BullRenault110
04K.RəykkönenLotusRenault98
05L.HəmiltonMcLarenMercedes92
06N.RosberqMercedes AMGMercedes76
07C.BattonMcLarenMercedes68
08R.QrojanLotusRenault61
09S.PeresSauberFerrari47
10K.KobayaşiSauberFerrari33
11P.MaldonadoWilliamsRenault29
12M.ŞumaherMercedes AMGMercedes29
13P.di RestaForce İndiaMercedes27
14F.MassaFerrariFerrari23
15N.HülkenberqForce İndiaMercedes19
16B.SennaWilliamsRenault18
17J.E.VernToro RossoFerrari4
18D.RikkardoToro RossoFerrari2
19H.KovalaynenCaterhamRenault0
20V.PetrovCaterhamRenault0
21T.QlokMarussiaCosworth0
22Ş.PikMarussiaCosworth0
23N.KartikeyanHRTCosworth0
24P.de la RosaHRTCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault230
02FerrariFerrari177
03McLarenMercedes160
04LotusRenault159
05Mercedes AMGMercedes105
06SauberFerrari80
07WilliamsRenault47
08Force İndiaMercedes46
09Toro RossoFerrari6
10CaterhamRenault0
11MarussiaCosworth0
12HRTCosworth0

Almaniya Qran Prisi: Yarış

Almaniya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:33 - 22 Avqust, 2011

Quru. Buludlu. Havanın temperaturu +14° C, trasın temperaturu +19° C Cümə və şənbə günləri sürücülər quru asfaltda işləmişdilər, amma dünən […]

Quru. Buludlu. Havanın temperaturu +14° C, trasın temperaturu +19° C

Cümə və şənbə günləri sürücülər quru asfaltda işləmişdilər, amma dünən sıralanma turundan sonra Nürburqrinqə yağış yağıb – yağış kiçik fasilələrə qədər bu gün səhərə qədər davam edib. Yarışa qədər asfalt tədricən quruyub, amma starta yarım saat qalmış FİA sazlanmalara düzəlişlər etməyə icazə verib.

Vitantonio Liutsinin maşınında ötürmələr qutusu dəyişdirildiyi üçün sürücü startda beş yer itirib, Sebastyen Buemi isə sıralanma turunun protokollarından xaric edilib – onun maşınından götürülmüş yanacağın analizi zamanı məlum olub ki, tərkibində reqlamentə uyğun olmayan əlavələr var. Nəticədə sürücü yarışa sonuncu yerdən başlamalı olub.

Sürücülər sliklərlə start alıblar. Həmilton Uebberi elə startda qabaqlayıb, Alonso isə Fetteldən üstün olub, amma səhvi üzündən almaniyalı sürücünü irəli buraxıb. İlk dördlük – Həmilton, Uebber, Fettel və Alonso eyni templə Rosberqdən uzaqlaşmağa başlayıb.

8-ci dövrədə Alonso Fetteli keçərək üçüncülüyə yüksəlib, 10-cu dövrədə Sebastyan nəm porebrikin üzərində fırlanıb və yeddi saniyə vaxt itirib.

11-ci dövrədə Haydfeld qəzaya uğrayıb – Buemi ilə mübarizədə almaniyalı sürücü səhvə yol verib, Nik mübarizəni dayandırıb, Sebastyen isə boksa tələsib. 12-ci dövrədə Massa Rosberqi keçərək ilk dördlüyün ardınca yollanıb.

13-cü dövrədə Uebber və Həmilton iki dəfə mövqelərini dəyişiblər, liderlərin dueli sayəsində Alonso hücum məsafəsinə yaxınlaşıb, elə bu zaman Mark pit-stopa yönəlib. Növbəti dövrədə Həmilton, Alonso və Fettelin pitindən sonra Mark yarışa başçılıq edib. Amma ilk üçlük sıx vaxt intervalında hərəkət edib.

31-ci dövrədə Uebber, 32-ci dövrədə isə Həmilton ikinci dəfə pit-stopa baş çəkiblər. Lyuis Markn önündə trasa qayıdıb – avstraliyalı sürücünün cəhdlərinə baxmayaraq, britaniyalı sürücü öndə qalıb. 33-cü dövrədə isə Alonso pit-leyndən trasa lider kimi qayıdıb, amma britaniyalı sürücü sərt manevrlə liderliyini geri qaytarıb. Nəticədə pit-stopda Uebber iki mövqe itirib. İlk üçlük təkərlərini dəyişsə də, qalan sürücülər pitə tələsməyiblər.

36-cı dövrədə Battonun maşınında hidravlik sistemin təzyiqi aşağı düşdüyü üçün britaniyalı sürücü mübarizəni dayandırmalı olub.

37-ci dövrədə Rosberq, 38-ci dövrədə Şumaher, 41-cidə Fettel və 42-cidə Massa ikinci pit-stoplarını reallaşdırıblar.

İlk üçük isə mübarizəni sonuncu pit-stopa saxlayıb. 52-ci dövrədə Lyuis, növbəti dövrədə isə Fernando bərk təkərlərə keçiblər, britaniyalı sürücü öndə qalıb. Mark yumşaq təkərlərlə trasda 3 dövrə çox qalsa da, trasa üçüncü yerdə qayıdıb.

Massa və Fettel isə pit-stoplarını sonuncu dövrədə reallaşdırıblar və Red Bull mexanikləri daha cəld tərpəniblər – Sebastyan braziliyalı sürücünü çətinliklə üstələyib.

Lyuis Həmilton isə mövsümdə 2-ci, karyerasında 16-cı qələbəsini qazanıb. Fernando Alonso ikinci, Mark Uebber üçüncü olub. Mövsümün lideri Sebastyan Fettel bu il ilk dəfə podiuma qalxmayıb, amma çempionatda yerini daha da möhkəmlədib…

YerPilotKomandaMotorVaxt
01L.HəmiltonMcLarenMercedes1.37:30.334
02F.AlonsoFerrariFerrari+ 0:03.980
03M.UebberRed BullRenault+ 0:09.788
04S.FettelRed BullRenault+ 0:47.921
05F.MassaFerrariFerrari+ 0:52.252
06A.SutilForce İndiaMercedes+ 1:26.208
07N.RosberqMercedes GPMercedes+ 1 dövrə
08M.ŞumaherMercedes GPMercedes+ 1 dövrə
09K.KobayaşiSauberFerrari+ 1 dövrə
10V.PetrovLotus Renault GPRenault+ 1 dövrə
11S.PeresSauberFerrari+ 1 dövrə
12X.AlgersuariToro RossoFerrari+ 1 dövrə
13P.di RestaForce İndiaMercedes+ 1 dövrə
14P.MaldonadoWilliamsCoswort+ 1 dövrə
15S.BuemiToro RossoFerrari+ 1 dövrə
16H.KovalaynenTeam LotusRenault+ 2 dövrə
17T.QlokMarussia VirginCosworth+ 3 dövrə
18J.D’AmbrozioMarussia VirginCosworth+ 3 dövrə
19D.RikkardoHispaniaCosworth+ 3 dövrə
20K.ÇandhokTeam LotusRenault+ 4 dövrə
V.LiutsiHispaniaCosworth
C.BattonMcLarenMercedes
R.BarrikelloWilliamsCosworth
N.HaydfeldLotus Renault GPRenault

Sürətli dövrə: Lyuis Həmilton (McLaren) – 1:34.302 (59-cu dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault216
02M.UebberRed BullRenault139
03L.HəmiltonMcLarenMercede134
04F.AlonsoFerrariFerrari130
05C.BattonMcLarenMercedes109
06F.MassaFerrariFerrari62
07N.RosberqMercedes GPMercedes46
08N.HaydfeldLotus Renault GPRenault34
09V.PetrovLotus Renault GPRenault32
10M.ŞumaherMercedes GPMercedes32
11K.KobayaşiSauberFerrari27
12A.SutilForce İndiaMercedes18
13X.AlgersuariToro RossoFerrari9
14S.PeresSauberFerrari8
15S.BuemiToro RossoFerrari8
16R.BarrikelloWilliamsCosworth4
17P.di RestaForce İndiaMercedes2
18P.de la RosaSauberFerrari0
19Y.TrulliTeam LotusRenault0
20V.LiutsiHispaniaCosworth0
21J.D’AmbrozioMarussia VirginCosworth0
22H.KovalaynenTeam LotusRenault0
23P.MaldonadoWilliamsCoswort0
24T.QlokMarussia VirginCosworth0
25N.KartikeyanHispaniaCosworth0
26D.RikkardoHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault355
02McLarenMercedes243
03FerrariFerrari192
04Mercedes GPMercedes78
05Lotus Renault GPRenault66
06SauberFerrari35
07Force İndiaMercedes20
08Toro RossoFerrari17
09WilliamsCosworth4
10Team LotusRenault0
11HispaniaCosworth0
12Marussia VirginRenault0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 504
Teqlər , , , ,
Paylaş

logo