19 Oktyabr 2019, Şənbə - 01:37

Pirelli Monako yarışına sürücülərin təkər seçimini bəyan edib

Pirelli Monako yarışına sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:09 - 17 May, 2016

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Monako Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, keçən il Monte Karlonun dar küçələrində komandalar Soft və SuperSoft tərkiblərindən istifadə etmişdilər, bu dəfə təkər istehsalçısı mövsümdə ilk dəfə UltraSoft tərkibini də təklif edir. Soft və SuperSoft tərkibləri məcburi elan olunsa da, aktiv istiadə olunmayacaq – dərc olunmuş siyahıda komandaların UltraSoft tərkibə üstünlük verdikləri görünür…

SürücüKomandaSoftSuperSoftUltraSoft
Lyuis HəmiltonMercedes AMG1210
Niko RosberqMercedes AMG1210
Sebastyan FettelFerrari229
Kimi RəykkönenFerrari229
Valtteri BottasWilliams247
Felipe MassaWilliams247
Daniel RikkardoRed Bull1210
Maks FerstappenRed Bull1210
Niko HülkenberqRenault337
Serxio PeresRenault337
Kevin MaqnussenForce İndia1210
Colion PalmerForce İndia139
Daniil KvyatToro Rosso337
Karlos SaynsToro Rosso337
Fernando AlonsoMcLaren157
Censon BattonMcLaren157
Markus ErikssonSauber148
Felipe NasrSauber148
Paskal VerlyaynManor256
Rio HaryantoManor256
Roman QrojanHaas139
Esteban QutyerresHaas139

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 458
Teqlər , , , ,
Paylaş

logo