Pirelli “təkər müharibəsi”nin yenidən başlamasının əleyhinə deyil

İtalyanlar 2011-ci ildən Formula1-in yeganə təkər təchizatçısıdırlar və ən azı 2019-cu ilin sonuna qədər çempionatda qalacaqlar.

F-1.az xatırladır ki, Formula1-də birdən artıq təkər istehsalçısı sonuncu dəfə 2006-cı ildə olub – Fernando Alonso və Mixael Şumaxerin çempionluq uğrunda mübarizə apardığı həmin mövsümdə komandaları təkərlərlə MichelinBridgestone şirkətləri təchiz etmişdilər. Pirelli-nin rəhbəri Marko Tronketti Provera bildirib ki, onlar başqa şirkətlərlə mübarizəyə hazırdırlar.

Marko Tronketti Provera: “Biz bütün dünyada çıxış edirik, həm təklikdə, həm də digər istehsalçılara qarşı. Biz yarışmağı xoşlayırıq, yalnız bu cür biz əsl qələbə qazanırıq, yalnız bu cür biz istənilən mübarizəyə hazır ola bilərik”.

Tronketti həmçinin vurğulayıb ki, komandaların bir çoxu məhz yeganə təkər təchizatçısı olduğu üçün Formula1-də çıxış edirlər. O, əlavə edib: “Mən eşitmişəm ki, onların arasında fikirlərini dəyişənlər var”.

Qeyd edək ki, sonuncu tenderdə Michelin Pirelli kimi təchizatçı olmağa iddialı idi, lakin Berni Ekklstoun italyanlarla müqaviləni uzatmaq qərarına gəlmişdi. Tronketti də bu əməkdaşlıqdan razıdır: “Biz bundan sonra da birlikdə işləməyə davam etmək niyyətindəyik. Biz Formula1-i yenə də əvvəlki kimi cazibədar və intizamlı idman növü hesab edirik. Pirelli isə bütün dünyada müxtəlif kateqoriyalarda ən böyük təkər tədarükçülərindən biridir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*