Kanadada dünən səhər baş tutan məşqlər zamanı tras tozlu olub. İkinci sessiyada vəziyyətin düzəlməsi ilə sürətlər də artıb, lakin sürücülərin yerində fırlanmaları azalmayıb. Jil Vilnöv adına trasın asfaltı çox aldadıcıdır…
F-1.az bildirir ki, Pirelli nümayəndələrinin fikrincə, burada Soft tərkiblər ən azı SuperSoft tərkiblər qədər səmərəlidir və biz onları həftəsonu ərzində yenə görə bilərik.
Mario İzola: “Sərbəst yürüşlər gözlədiyimiz kimi keçib – Soft və SuperSoft təkərlər arasında fərq çox deyil. Hər iki tərkibin UltraSoft tərkiblə fərqi 1 saniyədən azdır. Asfaltın vəziyyəti bu dəfə həmişə olduğundan daha dəyişkən idi – səhər seansında toz qatı var idi. Burada təkərlər adətən tez çirklənir və aşınır, lakin biz hələ 2017-ci ilin təkərlərində bunu görməmişik”.