V.Bottas: Riskə getdim

Mercedes komandasının sürücüsü Valtteri Bottas İmolada qazandığı pouldan sonra özünü yaxşı hiss edir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Emilya Romanya Qran Prisində karyerasının 15-ci poulunu əldə edib.

Valtteri Bottas: “Həmişə limitlərdə sürürsünüz. Poul qazanmaq asan deyil və buradakı uğurumdan razıyam. Son dövrəmdə təkmilləşməli idim və ehtiyacım olan zaman nəticəsini göstərdim. Bunu bacarmaq əladır. Çox əylənirəm.

Bu gün 2 və 3-cü döngələrdə çox işlədim. Risk alanda bir az çətinlik çəkdim. Riskə getdim və işə yaradı. Ümid edirəm ki, sabah da tempim yaxşı olar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*