Red Bull Fransa QP üçün yeniliklər hazırlayır

Son 2 yarış Ferrari-nin qələbəsi ilə başa çatıb. Auto Motor und Sport-un iddiasına görə komanda yeniliklər hazırlayır və onların Fransa Qran Prisinə çatdırılmasına çalışır.

F-1.az bildirir ki, Pol Rikar da Red Bull Rinq kimi sürətli döngələri ilə Ferrari-yə uyğun trasdır. Red Bull-un Şpilberqdə işini çətinləşdirən balansın yaxşı olmaması və təkərlərin tez aşınması olmuşdu. Pirelli ən yumşaq üçlüyü gətirmişdi, Fransada isə orta üçlük – C2, C3 və C4 tərkibləri sürücülərin ixtiyarına veriləcək, yəni təkərlər bir qədər sərtləşsələr də, ciddi fərq olmayacaq.

Komanda təkərlərin effektiv işləmə diapazonunun genişləndirilməsi və bolidin çəkisinin azaldılması üzərində işləyir – bu çalışmalar mövsümün əvvəlindən bəri tədricən yerinə yetirilir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*