Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +35° C
Belçika Qran Prisinin start düzümü çox maraqlı alınmışdı. Cümə günü komandalar yağış üzündən yenilikləri yoxlaya bilməmişdilər, şənbə günü isə sıralanma turunun nəticələri gözlənilməz alınmışdı. Censon Batton McLaren-də ilk poulunu qazanıb, ikinci nəticəni isə Kamui Kobayaşi göstərib, keçənilki poulun sahibi Sebastyan Fettel isə bu dəfə heç ilk onluğa düşə bilməyib.
Stüardlar üç sürücünü cərimə ediblər – Uebber və Rosberq ötürmələr qutusuna görə 5 yer itiriblər, sıralanmada üçüncü olmuş Maldonado isə rəqibini bloka saldığı üçün 3 yer itirib. Hərçənd, Spada start mövqeyi elə də böyük əhəmiyyət kəsb etmir – 7 km uzunluğu olan trasda maşınların sürət fərqi elə də böyük olmayıb, Spada ötmələr digər avtodromlarda olduğundan çox asandır.
Əsas həlledici faktor təkərlərin yeyilməsi olub – cümə günü iki təkər tərkibinin effektliyini qiymətləndirmək mümkün olmayıb, ona görə də komandalar yarışın gedişində taktiki seçim etməli olublar. Starta Hülkenberq və Rosberqdən başqa bütün sürücülər yumşaq təkərlərlə çıxıblar.
Startda Batton liderliyini saxlayıb, Maldonado falstart edib. Kobayaşinin maşınında əyləclər tüstülənib və yerindən tez tərpənə bilməyib. Birinci döngədə isə ciddi qəza yaşanıb – Qrojan Həmiltonun maşınına çırpılıb, sonra digər maşınlara da dəyib – nəticədə, Qrojan, Həmilton, Alonso və Peres yarışı dayandırıblar.
Trasa Təhlükəsizlik Maşını (TM) çıxıb, ilk onluq: Batton – Rəykkönen – Hülkenberq – di Resta – Şumaher – Rikkardo – Vern – Uebber – Senna – Kovalaynen. Kobayaşi, Maldonado və de la Rosa boksa yönəliblər.
Marşallar maşınları evakuasiya ediblər, qəza yerini qırıntılardan təmizləyiblər və 5-ci dövrədə mübarizə davam edib. Batton liderliyini qoruyub, Maldonado Qloka hücum edib və mübarizəni dayandırıb. Hülkenberq Rəykköneni qabaqlayaraq ikinci yerə yükəslib, Şumaher di Restanı, Fettel isə Massa və Uebberi üstələyib.
9-cu dövrədə ilk onluq: Batton – Hülkenberq – Rəykkönen – Şumaher – di Resta – Rikkardo – Vern – Senna – Fettel – Uebber.
10-cu dövrədə di Resta pit-stoplar dalğasına start verib. Şumaher Rəykköneni keçərək üçüncülüyə yüksəlib. 11-ci dövrədə Rəykkönen və Uebber, 12-ci dövrədə Rikkardo, Massa və Petrov, 13-cü dövrədə Hülkenberq ilk pit-stoplarını reallaşdırıblar. Trasa Niko Kiminin arxasında qayıdıb, Fettel isə Sennanı qabaqlayıb.
Kovalaynen pit-stop zamanı yerindən tez tərpəndiyi üçün pitə daxil olan Kartikeyanla toqquşub.
14-cü və 15-ci dövrələrdə Rəykkönen, Hülkenberq, Rikkardo, Uebber və Massa növbə ilə Rosberqi keçiblər. 16-cı dövrədə Senna pitə baş çəkib. 19-cu dövrədə Fettel Şumaherə çatıb və son şikanada onu keçməyə çalışıb, yeddiqat dünya çempionu təkərləri bloksa salıb, mövqeyini uduzub və dərhal pit-leynə girib.
20-ci dövrədə Batton və Rosberq mexaniklərin yanına yollanıblar – Censon liderliyini qoruyub, 21-ci dövrədə Fettel də yeni təkər dəstinə keçib. 22-ci dövrədə ilk onluq: Batton – Rəykkönen – Hülkenberq – Uebber – Fettel – Massa – Rikkardo – Şumaher – Vern – Senna.
26-cı dövrədə di Resta, 27-ci dövrədə Hülkenberq, Uebber və Massa, 28-ci dövrədə Rəykkönen və Rikkardo pit-stop ediblər. Massa həmyerlisi Sennanı keçərək səkkizinci yerə yüksəlib.
31-ci dövrədə Kartikeya mübarizədən kənar qalıb, Rəykkönen isə Şumaheri qabaqlayıb, amma DRS zonasında Mixael mövqeyini geri qaytarıb. Sonrakı iki dövrə ərzində Kimi və Mxiael bir neçə dəfə mövqelərini dəyişiblər, nəhayət, finladniyalı sürücü “Qırmızı su”da önə çıxaraq rəqibindən uzaqlaşa bilib. Bundan sonra Şumaher Hülkenberqlə mövqe dəyişməyə başlayıb. 34-cü dövrədə ilk onluq: Batton – Fettel – Rəykkönen – Şumaher – Hülkenberq – Uebber – Massa – Senna – Rosberq – Vern.
35-ci dövrədə Şumaher sonuncu dəfə pitə yollanıb, Massa Uebberi qabaqlayaraq beşinci yerə yüksəlib. Toro Rosso sürücüləri növbə ilə Rosberqi qabaqlayıblar – Niko da sonuncu dəfə pitə yollanmalı olub.
Censon Batton startdan finişə qədər liderlik edərək karyerasında 14-cü, mövsümdə isə 2-ci qələbəsini qazanıb. Sebastyan Fettel və Kimi Rəykkönen podiuma qalxıblar. Niko Hülkenberq karyerasının ən yaxşı nəticəsini göstərərək dördüncü olub.
Çempionatda mübarizə gərginləşir və artıq gələn həftə Monsada davam edəcək…
Yer | Pilot | Komanda | Motor | Vaxt |
01 | C.Batton | McLaren | Mercedes | 1.29:08.530 |
02 | S.Fettel | Red Bull | Renault | + 0:13.624 |
03 | K.Rəykkönen | Lotus | Renault | + 0:25.334 |
04 | N.Hülkenberq | Force İndia | Mercedes | + 0:27.843 |
05 | F.Massa | Ferrari | Ferrari | + 0:29.845 |
06 | M.Uebber | Red Bull | Renault | + 0:31.244 |
07 | M.Şumaher | Mercedes AMG | Mercedes | + 0:53.374 |
08 | J.E.Vern | Toro Rosso | Ferrari | + 0:58.865 |
09 | D.Rikkardo | Toro Rosso | Ferrari | + 1:02.982 |
10 | P.di Resta | Force İndia | Mercedes | + 1:03.783 |
11 | N.Rosberq | Mercedes AMG | Mercedes | + 1:05.111 |
12 | B.Senna | Williams | Renault | + 1:11.529 |
13 | K.Kobayaşi | Sauber | Ferrari | + 1:56.119 |
14 | V.Petrov | Caterham | Renault | + 1 dövrə |
15 | T.Qlok | Marussia | Cosworth | + 1 dövrə |
16 | Ş.Pik | Marussia | Cosworth | + 1 dövrə |
17 | H.Kovalaynen | Caterham | Renault | + 1 dövrə |
18 | P.de la Rosa | HRT | Cosworth | + 1 dövrə |
– | N.Kartikeyan | HRT | Cosworth | – |
– | P.Maldonado | Williams | Renault | – |
– | S.Peres | Sauber | Ferrari | – |
– | F.Alonso | Ferrari | Ferrari | – |
– | L.Həmilton | McLaren | Mercedes | – |
– | R.Qrojan | Lotus | Renault | – |
Sürətli dövrə: Bruno Senna (Williams) – 1:52.822 (43-cü dövrə).
Turnir cədvəli:
Yer | Pilot | Komanda | Motor | Xal |
01 | F.Alonso | Ferrari | Ferrari | 164 |
02 | S.Fettel | Red Bull | Renault | 140 |
03 | M.Uebber | Red Bull | Renault | 132 |
04 | K.Rəykkönen | Lotus | Renault | 131 |
05 | L.Həmilton | McLaren | Mercedes | 117 |
06 | C.Batton | McLaren | Mercedes | 101 |
07 | N.Rosberq | Mercedes AMG | Mercedes | 77 |
08 | R.Qrojan | Lotus | Renault | 76 |
09 | S.Peres | Sauber | Ferrari | 47 |
10 | M.Şumaher | Mercedes AMG | Mercedes | 35 |
11 | F.Massa | Ferrari | Ferrari | 35 |
12 | K.Kobayaşi | Sauber | Ferrari | 33 |
13 | N.Hülkenberq | Force İndia | Mercedes | 31 |
14 | P.Maldonado | Williams | Renault | 29 |
15 | P.di Resta | Force İndia | Mercedes | 28 |
16 | B.Senna | Williams | Renault | 24 |
17 | J.E.Vern | Toro Rosso | Ferrari | 8 |
18 | D.Rikkardo | Toro Rosso | Ferrari | 4 |
19 | H.Kovalaynen | Caterham | Renault | 0 |
20 | V.Petrov | Caterham | Renault | 0 |
21 | T.Qlok | Marussia | Cosworth | 0 |
22 | Ş.Pik | Marussia | Cosworth | 0 |
23 | N.Kartikeyan | HRT | Cosworth | 0 |
24 | P.de la Rosa | HRT | Cosworth | 0 |
Yer | Komanda | Motor | Xal |
01 | Red Bull | Renault | 272 |
02 | McLaren | Mercedes | 218 |
03 | Lotus | Renault | 207 |
04 | Ferrari | Ferrari | 199 |
05 | Mercedes AMG | Mercedes | 112 |
06 | Sauber | Ferrari | 80 |
07 | Force İndia | Mercedes | 59 |
08 | Williams | Renault | 53 |
09 | Toro Rosso | Ferrari | 6 |
10 | Caterham | Renault | 0 |
11 | Marussia | Cosworth | 0 |
12 | HRT | Cosworth | 0 |