V.Veber Prosta cavab verib

Mixael Şumaherin meneceri Villi Veber Alen Prostun müsahibəsinə reaksiya verib – üçqat dünya çempionu ehtimal etmişdi ki, motosiklet qəzası zamanı […]

Mixael Şumaherin meneceri Villi Veber Alen Prostun müsahibəsinə reaksiya verib – üçqat dünya çempionu ehtimal etmişdi ki, motosiklet qəzası zamanı aldığı zədələr yeddiqat dünya çempionun Formula1-ə qayıtmaq planlarından əl çəkməsinin yeganə səbəbi deyil. Xatırladaq ki, Fransanın Le Parisien qəzetinə Prost konkret olaraq belə demişdi: “…Düzdür, hələ məlum deyil, o öz planlarından sağlamlığı üzündən əl çəkib, yoxsa qarşısında duran vəzifələrin çətinliyini başa düşüb. O Formula1-də üç il çıxış etməyib və indi hazırlıq üçün cəmi üç həftə vaxtı var idi. Sənin orqanizmin çox tez dəyişir, yarışları dayandıranda reaksiyan zəifləyir, gözün itiliyi keçir…”

Amma Veber bu fikirləri təkzib edib…

Villi Veber: “Təəssüf ki, mən cənab Prostu məyus edəcəm. Mücelloda testlər zamanı dövrədə göstərdiyi nəticələr əsas verir ki, Mixaelin sürətinin itmədiyini söyləyək. O öz qərarını yalnız boyun ağrlarına görə qəbul etdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*