B.Ekklstounun pul fırıldağında əli varmı?

Almaniyanın Suddeutsche Zeitung qəzetinin jurnalistləri BayernLB bankının keçmiş meneceri Gerhard Qribkovskinin həbsi ilə bağlı yeni məlumatlar açıqlayıblar. Gerhard alman maqnat […]

Almaniyanın Suddeutsche Zeitung qəzetinin jurnalistləri BayernLB bankının keçmiş meneceri Gerhard Qribkovskinin həbsi ilə bağlı yeni məlumatlar açıqlayıblar. Gerhard alman maqnat Leo Kirhin televiziya imperiyasının müflisləşməsi zamanı nəticələrin aradan qaldırılması zamanı 50 milyon dolların mənimsənilməsində günahlandırılır – Leo Kirhin teleşirkəti isə o zaman Berni Ekklstounun SLEC şirkətindən Formula1 yayımlarının hüququnu almışdı. Əldə etdiyi vəsaiti Gerhard Avstriyanın şəxsi GREP GmbH fonduna yatırıbmış.

Qəzetlər əvvəl yazmışdılar ki, guya bu məbləği Qribkovski o vaxt bilavasitə Berninin özündən alıbmış, amma aydındır ki, Berni bu versiyanı qətiyyətlə təkzib etmişdi. Lakin indi Suddeutsche Zeitung-un jurnlaistlərinin əlinə yeni bir məktub keçib – bu məktub isə Ekklstoun və Qribkovskinin yuxarıdakı əməliyyatda əlbir olmalarına birbaşa sübut ola bilər.

Qəzetin yazdığına görə, konfidensial qrifi altında Berniyə ünvanlanmış məktub 2007-ci il 14 dekabr tarixində yazılıb. Məktubu Qribkovskinin hüquqşünası yazıb və Bernidən 2.3 milyon dolları %-lərlə ödəmək tələb olunur. Qəzetin verdiyi xəbərə görə, FOM-un 80 yaşlı başçısı belə bir məktubun olmasını eşidəndə sarsılıb…

Məsələyə rəsmi şərh verilməyib, hadisələrin inkişafını gözləyək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*