B.Ekklstoun: “Türkiyədə yarışı reklam etmirlər”

Türkiyə trası German Tilkenin hazırladığı ən yaxşı avtodromlardan biridir, amma trasdakı maraqlı mübarizə yerli azarkeşlərin diqqətini cəlb etmir – bu […]

Türkiyə trası German Tilkenin hazırladığı ən yaxşı avtodromlardan biridir, amma trasdakı maraqlı mübarizə yerli azarkeşlərin diqqətini cəlb etmir – bu il 130 minlik tribunalara cəmi 32 min bilet satılıb. Təşkilatçılar tribunalardakı boş yerləri qara rəngli materialla örtməli olublar ki, həmin yerlər gözə girməsin və hətta telekameraların da yerini dəyişiblər. Yarış rəfəsində Berni Ekklstoun tras sahiblərinə bir daha xatırladıb ki, müqavilənin müddəti tezliklə başa çatır və uzadılmaya bilər, çünki təşkilatçılar Formula1 uik-endinin reklamı üçün zəruri tədbirlər görmürlər…

Berni Ekklstoun: “Avtodromun yeri uğurla seçilib, həm Şərqi Avropa, həm də Yaxın Şərq azarkeşləri üçün bura yaxındır, amma Türkiyədə yarışın reklamı ilə heç məşğul olmurlar..”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*