Bu il ötmələrin sayı 30% artıb

Formula1-də ötmələrin artırılması üçün bu ildən etibarən bir çox yenilik edilib ki, ən böyük misal da maşınların yeni quruluşlarıdır. Pirelli-nin fikrincə, bu dəyişikliklər öz bəhrəsini verib.

F-1.az italyan təkər təchizatçısının mətbuat xidmətinə istinadən bildirir ki, keçən il 599 ötmə olduğu halda, bu mövsüm 22 yarışlıq periodda azarkeşlər 785 ötmə izləyiblər. Rəqəmlərdə əks olunan real keçidlərdir, pit-stopda və ya sıralanma turunda olan yerdəyişmələr nəzərə alınmayıb.

Mario İzola: “Təəssüf ki, Ciddədə və bir neçə trasda olan əks-hücumlara görə real sayı müəyyən etmək çox çətindir. Bir ildə 30% artım yaxşı nəticədir və bu, real ötmələrin sayıdır. Tək təkərlər yox, hər şey yaxşı işləyib ki, belə nəticə yaranıb. Onsuz da hər şey ən başdan bunun üçün hesablanmışdı. Əvvəllər öndəki maşını izləmək çox çətin idi və izləyən asfaltayatma qüvvəsini itirirdi, indi isə vəziyyət fərqlidir.

Əvvəllər ötmələr etmək üçün qarşındakını uzun müddət izləmək, onun səhvini gözləmək lazım gəlirdi. İndi isə belə deyil və bunu əldə etmək asan olmadı. Təkərlərin də rolu var və buna görə çox xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*