19 Noyabr 2019, Çərşənbə axşamı - 02:25

B.Ekklstoun: “Formula1-ə turbomotorlar lazım deyil”

B.Ekklstoun: “Formula1-ə turbomotorlar lazım deyil”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:31 - 17 Mart, 2011

Berni Ekklstoun hesab edir ki, dünyanın teleşirkətləri Formula1-ə olan maraqlarını itirə bilərlər – 2013-cü ildə çempionatda kiçiktutumlu ekolji turbomotorlar gələcək […]

Berni Ekklstoun hesab edir ki, dünyanın teleşirkətləri Formula1-ə olan maraqlarını itirə bilərlər – 2013-cü ildə çempionatda kiçiktutumlu ekolji turbomotorlar gələcək və Berninin fikrincə, bu motorların tətbiqi hamının sevdiyi, Formula1-in ayrılmaz hissəsi olan güclü motorların səsindən mərhum edəcək.

Bu məsələdə Formula1-in kommersiya başçısı FİA-nın prezidenti Jan Todtla razılaşmır, məhz Jan 1.6 litr tutumu olan dördsilindirli turbomotorlara keçidi aktiv təbliğ edir…

Berni Ekklstoun: “Dünyanın müxtəlif ölkələrində mən müxtəlif peşə sahibləri ilə görüşmüşəm – sponsorlarla, promouterlərlə və jurnalistlərlə, düşünürəm ki, Formula1 üçün iki şey çox vacibdir – Ferrari və motorun səsi. İnsanları bu təkraredilməz səs valeh edir, onlar bu səsə öyrəşiblər.

Heç vaxt yarışlarda olmayan bir insan ilk dəfə yarışı trasda canlı izlədikdən sonra, ona bircə sual verin – ən çox xoşuna nə gəldi, hamı bir cavab verəcək – motorun səsi.

Mən Sinqapura Rusiyadan iki cənab dəvət eləmişdim, onlar birinci dəfə canlı yarışa baş çəkmişdilər, növbəti görüşümüzdə mən soruşdum ki, bizim idmanda sizin ən çox xoşunuza nə gəldi. Mən gözləmirdim ki, söhbət motorun səsindən gedəcək, amma onlar dedilər ki, ən çox xoşlarına məhz motorun səsi gəlib… Ən maraqlısı isə odur ki, bu səs qadınların daha çox xoşuna gəlir.

Ona görə də mən bu balaca turbomotorların qəti əleyhinəyəm. Bizə onlar lazım deyil, əgər bu belə vacibdirsə, bu motorları digər seriyalarda tətbiq eləmək olar. Qalan məsələlər isə sadəcə PR-dır və Formula1-ə heç bir dəxli yoxdur. Həm də belə dəyişikliklər bizim idmanımıza baha başa gələcək.

Əminəm ki, yarışların promouterləri auditoriyanın böyük hissəsini itirəcəklər, əminəm ki, biz TV tərəfindən də marağı itirəcəyik.”

Ekllstounun fikrincə, Jan Todt yarışların təşkili ilə məşğul olmur, ona görə də belə radikal islahatların nəticələrini başa düşmür: “Sözün düzü, o, promouter deyil və Formula1-də biznesdən xəbərsizdir. Bizim Janla motor məsələsində fikirlərimiz tam fərqlənir, çünki mən yeni motorların tətbiqinə səbəb görmürəm…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 292
Teqlər
Paylaş

logo