F.Alonso: 1 faiz şansım varsa, yarışaram

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, 1 faiz çempionluq şansı olacağı halda idmana davam edəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü gələn il Aston Martin-də yarışacaq. Lakin “yaşılların” çempionluq uğrunda mübarizə aparmayacağı hamıya məlumdur.

Fernando Alonso: “İşimi sevirəm. Təbii ki, titul uğrunda mübarizə aparan maşınımın olmasını istəyərəm, amma yoxdur. Aston Martin-lə hədəflərimə 2-3 ildə çata bilərəm.

Bu yaşlarda vaxt amili vacibdir, çünki vaxtım qalmayıb. Çempionluq uğrunda mübarizə aparmaq ehtimalım 1 faiz olduğu halda yarışmağa davam edəcəm. Əgər bunu sürücü kimi bacarmasam, onda başqa işlər görərəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*