Y.Ferstappen Red Bull-da işə başlaya bilər

Bu barədə Hollandiya mətbuatı məlumat verib.

F-1.az xəbər verir ki, həmin məlumatda Yos Ferstappenin Red Bull-un Gənc Sürücülər Proqramında məsləhətçi olacağı bildirilir. Müqavilə hələ imzalanmayıb, lakin o, Helmut Markonun xahişi ilə gənc və istedadlı sürücülərin çıxışlarını izləmək üçün Avropa Formula3 çempionatının növbəti mərhələsinə yollanacaq.

Yos Ferstappen: “Helmut istəyir ki, mən fəaliyyətə məhz bununla başlayım. Belə təkliflərə açığam, amma məsləhətçi rolu ilə kifayətlənmək istəmirəm. Mənə gənc sürücülərlə məşğul olmağı təklif edirlərsə, iş də mənim lazım hesab etdiyim formada qurulmalıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*