Bəhreyn mövsümün ilk Qran Prisinə hazırlaşır

Bəhreyndə mövsümün ilk Qran Prisinə hazırlıq davam edir. Təşkilatçılar trasda baş verən hadisələri tamamlayacaq böyük əyləncəli proqram hazırlayıblar, Bəhreynə hazırda […]

Bəhreyndə mövsümün ilk Qran Prisinə hazırlıq davam edir. Təşkilatçılar trasda baş verən hadisələri tamamlayacaq böyük əyləncəli proqram hazırlayıblar, Bəhreynə hazırda sağ olan bütün dünya çempionları dəvət olunublar, tarixi Formula1 maşınalrının paradı, musiqi və sirk ulduzlarının çıxışı nəzərdə tutulub.

Hada əl-Ənzari, avtodromun meneceri: “Biz qarşımıza aydın məqsəd qoymuşuq – uik-end hamıda keçən illərlə müqayisədə güclü təəssürat oyatmalıdır. Qran Priyə minlərlə sadiq azarkeş gələcək, amma sadəcə öz ailəsi ilə dincəlmək istəyənlər də olacaq, biz istəyirik ki, hamının əhval ruhiyyəsi yaxşı olsun.

Proqram daim dəyişir, son altı ildə baş tribunanın altında uşaq oyunları zonası idi, indi biz burda kondisinoerlər qoyulmuş çadır düzəltmişik, Formula1-in simulyatorlarını və müxtəlif atraksionları qoymuşuq, beş min mükafat sahibini tapacaq.

Biz uik-endə məşhur Circus Mama Africa sirk qrupunu dəvət etmişik – bu onların Yaxın Şərqə ilk səfərləridir, Şon Kinqston və Flou Raydın konsertləri isə Qran Priyə üçgünlük biletin dəyərinə daxil edilib. Biz əminik ki, Bəhreyndə qonaqlar uik-end zamanı darıxmayacaqlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*