Yeni bolidlərin sürətli olması gözlənilir

İspaniya mətbuatının verdiyi xəbərə görə builki bolidlər sürət cəhətdən əvvəlkilərdən geri qalmayacaq.

 

F-1.az xatırladır ki, bu ildən texniki reqlamentdə köklü dəyişikliklər olacaq. Yeni bolidlər asfaltayatma qüvvəsini altlıq hesabına istehsal edəcəklər və buna görə də onların sürətli olması gözlənilmir.

Əvvəlcə güman olunurdu ki, yeni bolidlər əvvəlkilərə nisbətən 3-5 saniyə yavaş olacaq. Sonra isə bu fərqin 1, hətta, 0.5 saniyə olacağı deyildi. İndi isə iddia olunur ki, bəzi komandalar performans cəhətdən əvvəlki bolidləri geridə qoyub. Bu komandalardan biri də Red Bull-dur.

Bu barədə adını vermək istəməyən Red Bull komandasının işçisi deyib: “Yeni bolidimiz simulyatorda 2021-ci il maşınından sürətlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*