Red Bull Elbonu sərbəst buraxıb

Red Bull komandası Williams-da yarışması üçün Aleksander Elbonu sərbəst buraxıb.

F-1.az xatırladır ki, taylandlı sürücü gələn ildən Williams komandasının şərəfini qoruyacaq. Qeyd edək ki, o, bu il Red Bull-da ehtiyat sürücü kimi fəaliyyət göstərirdi.

Red Bull və AlphaTauri-də yer olmadığı üçün Helmut Marko 25 yaşlı pilotu Williams-da yarışdırmaq istəyirdi. Amma Britaniya komandasının Mercedes-lə olan tərəfdaşlığına görə bu məsələ çətin görünürdü. Buna görə də Red Bull gənc Elbonu sərbəst buraxmalı olub.

Kristian Horner: “Aleks yüksək səviyyəli sürücüdür. 2022-ci ildə sürücü heyətimizi dəyişdirməyəcəyik və buna görə də məqsədimiz ona təcrübə qazandırmaqdır. Bunu da Williams Racing komandası ilə edəcəyik.

Aleks bu il test və ehtiyat sürücü kimi çox dəyərli idi. O, bolidi inkişaf etdirmək üçün simulyatorda bizə kömək etdi. Amma karyerasına görə yarışmalıdır. Gələn il peletonda olacaq və onun inkişafını yaxından izləyəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*