M.Ferstappen yenə 1 nömrə ilə yarışacaq

Red Bull komandasının sürücüsü Maks Ferstappen növbəti mövsümdə də 1 nömrə ilə yarışacaq.

F-1.az xatırladır ki, niderlandlı sürücü keçən il çempion olduqdan sonra 33 nömrədən imtina etmiş və 1 nömrəni seçmişdi. Bu il titulunu qoruyan Maks yenə də 1 nömrəli maşında yarışacaq.

Maks Ferstappen: “Növbəti mövsümdə də bu nömrə ilə yarışacam. Məncə, bir sürücü üçün ən yaxşı nömrə budur. Formula1-də 1 nömrə ilə yarışmaq fürsəti neşə dəfə əlinizə düşür?

Dünya Çempionluğunu qazana bilməsəm, yenidən 33 nömrəyə qayıdacam. Ancaq Dünya Çempionu olduğum müddətdə həmişə 1 nömrəni seçəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*