K.Horner: “Ferstappen tənqidçilərə cavab verdi”

Red Bull komandasının rəhbəri Kristian Horner sürücüsü Ferstappenə təriflər yağdırıb və yeni mövsümdə daha güclü olacağını əlavə edib.

F-1.az xatırladır ki, Ferstappen keçən mövsümə Toro Rosso komandasında başlasa da, Barselona QP-dən əvvəl Red Bull-a transfer olunmuşdu. Hollandiyalı sürücü Red Bull komandasındakı ilk yarışında qələbə qazanaraq, bu qərarın doğruluğunu isbat etmişdi.

Kristian Horner: “Helmur Markoya vaxtında Ferstappeni Mercedes-in əlindən aldığı üçün təşəkkür etməliyik. Biz onu komandaya gətirəndə insanlar bunu birmənalı qarşılamadı. Amma o komandadakı ilk mövsümündə əla çıxış etdi və ikinci mövsümündə də bu çıxışına davam edəcək. Düzünü desək, onun üçün doğru zaman oldu. O da öz roluna yaxşı öyrəşdi və təcrübəsini artırdı. Bu mövsüm çox güclü olacaq.

Bütün addımlarda bir risk var və o dövrlər bizi çox tənqid etdilər. Amma Red Bull-un digər komandalardan fərqli olaraq 4 bolidi var və sürücülər hamısı Red Bull-la müqavilə bağlayıblar. Əgər istəsək hər yarışa fərqli sürücülərlə çıxa bilərik. Bu da bizim fərqimizdir. Amma niyə ən yaxşı sürücü birinci komandada olmasın? Maks ilk yarışında qələbə qazandı. Bu, qərarın doğruluğunu isbat edən bir qələbə idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*