Bəhreyn 2036-cı ilə qədər təqvimdə qalacaq

Formula1 Bəhreyn ilə müqaviləsini 2036-cı ilə qədər uzadıb və bu, idman tarixinin ən uzun müqaviləsidir.

F-1.az bildirir ki, son illərdə Drive to Survive serialına görə idmanda azarkeş sayı artıb və yarışı təşkil etmək istəyən ölkələrin sayı artıb. Bu il təqvimdə 23 yarış olacaq. Ancaq təqvimə girmək istəyən ölkələr də çoxdur. Belə olan halda bəzi ölkələr təqvimdən çıxarıla bilər.

Keçən ay Sinqapur Qran Prisinin 2028-ci ilə qədər təqvimdə qalacağını yazmışdıq. Noyabr ayında isə Çinlə olan müqavilə 2025-ci ilə qədər uzadılmışdı.

Səudiyyə Ərəbistanının Formula1-lə onillik müqaviləsi var və gələn ildən Qətər də təqvimə daxil olacaq və onların da onillik müqaviləsi olacaq.

Bəhreynə gəldikdə isə onların Formula1-lə xüsusi münasibətləri var və iki ildir ki, təqvimin açılış yarışı orada olur. Bundan başqa Formula1 komandaları üçün Bəhreyndəki qış testləri daha vacib olacaq.

Bəhreyn 2004-cü ildən Formula1-i qəbul edir və 2014-cü ildən etibarən yarış gecə keçirilməyə başlanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*